17 Iyun 2025 18:10
102
DÜNYA

"İran regionda qırmızı xətlərini qoruyub saxlayacaq" - Səfir

İran İslam Respublikası regionda elan etdiyi qırmızı xətlərini qoruyub saxlayacaq və onlardan kənara çıxmayacaq. 

Adalet.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. 

"Qırmızı xətlər bizim həyati xətlərimizdir və İranın qırmızı xətlərdəki mövqeyi heç vaxt dəyişməyəcək. Təbii ki, biz imkanlar dünyasında yaşayırıq və bəzi ehtimallar narahatedici ola bilər. Bununla belə, biz reallıqlar və faktlarla məşğul oluruq, ayıq-sayıqlığımızı qoruyuruq. Düşünürəm ki, Ermənistan hökuməti də hadisələrin gedişatını izləyir. 

İran müharibənin genişlənməsinə can atmır, lakin istənilən ssenariyə hazırdır. Biz bu müharibənin bizə məcbur edilmədikcə başqa ölkələrə və ya bölgələrə yayılmasını istəmirik", - deyə o qeyd edib.