adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Iyun 2018 15:18
23503
ƏDƏBİYYAT

Qərbsayağı hərəmxana: “Marallar vadisi”

Çoxları düşünür ki, hərəmxana yalnız şərq hökmdarlarına məxsus olub.Bu düşüncəyə görə həmin çoxlarını da qınamalı deyil. Çünki tarixən həmişə şərqieyş-işrət məsələlərinə görə gözdən salmağa çalışıblar. Amma məntiqi olanlaryaxşı anlayır ki, qərb kişiləri də ömür boyu bir qadınla kifayətlənməyiblər, hələyüksək mərtəbədəkilər çoxqadınlı, əyləncəli həyatdan zövq almaqda şərqli həmcinslərindəngeri qalmayıblar. Sadəcə olaraq, xristianlıqda çoxarvadlılıq yasaq olduğundanbunu gizli saxlayanlar olub. Ya da din təmsilçiləri buna göz yummalı olublar.Axı krala, imperatora kim irad tuta, yasaq qoya bilərdi ki?!

Fransa tarixindən belə bir obrazlı ifadə keçir: "Marallar vadisi”.Fransa məktəblərində bunu olsa-olsa birbaşa təyinatı ilə anladarlar. Alt mənasınıisə məktəbi bitirəndən sonra istəsələr qurdalayarlar. Ancaq millətçilərqurdalamamağı üstün tuturlar, axı kim öz qatığına turş deyər?.. Bu "Marallarvadi”sinin birbaşa təyinatı həqiqətən də mövcud olub. Vadidə vaxtilə marallarsürü ilə gəzdiyindən krallar və saray adamları bura ova çıxardılar. Ammasonralar burda Fransanın ən böyük, ən sirli hərəmxanası yaradılır. Vadi özilkin adını saxlayır, sadəcə olaraq bu dəfə ikiayaqlı marallar burda dolaşmağabaşlayırlar. Bəs bu marallar vadiyə necə düşürdü? Belə ki, Fransa kralı XVLüdovik öz əhli-kefliyi ilə tarixdə ayrıca "rəğbət”lə anılır. Adam Fransanıuçuruma aparanlardan biridir, dövlətin xəzinəsi onun eyş-işrətinə xərclənirdi.Hələ işbazlar onun bu sevdasından xəbər tutub ən gözəl qadınları sarayasalırdılar. Bunlardan biri gözəl Janna-Antuanetta olub. Onu daha çox Markiza dePompadur adı ilə tanıyırlar. Günümüzdə barəsində filmlər, seriallar çəkilib.Müxtəlif dönəmlərdə rəsmlərdə təsvir olunub, adına şeirlər, romanlar yazılıb.Zarafat deyil, bir dönəmin əsas qadını olmaq hər adama müyəssər olmaz. Üstəlikqadınların əşya sayıldığı, kişinin əmlak siyahısına daxil olduğu birvaxtlarda...


Hə, bu Markiza de Pompadur gözəlliyi ilə yanaşı, həm də çox ağıllı, tədbirliqadın olub. Kralı əldə saxlamaq üçün təkcə onun yatağını təmin etmirdi. Həm dəona yaxşı sirdaş, məsləhətçi olmuşdu. Kral heç kimə deyə bilmədiyi sirrini onaetibar edir, çətinlik çəkdiyi məqamlarda ondan məsləhət alırdı. Amma qadının ənböyük düşməni zaman olduğundan markiza da bu qatı düşmənə boyun əyməli olur: yəniqocalır. Kral isə yalnız gənc qızları sevirdi, hələ markizaya olan hörməti idiki, yaşı ötsə də onu yanında saxlayırdı. Markiza de Pompadur isə bu hakimiyyətininuzunmüddətli olmayacağıçı anladığından kral üçün hərəmxana qurmağı düşünür.Onun bütün gizlin fantaziyalarını bildiyi üçün azyaşlı qızları ora cəlb edir.Kasıb ailələrdən 12-13 yaşlı qızları alır, onları bir il müddətinə kübar həyatahazırlayır, sonra krala göndərirdi. Yaşı 15-i keçən qızları isə sonra ərəverirdi. Hal belə olduqda nəinki kasıb valideynlər, hətta orta təbəqədənolanlar da qızlarını bu hərəmxanaya yollamaq üçün növbəyə durmuşdular. Bu hərəmxanadançıxan qızlarla evlənmək isə prestij sayılırdı. Hər halda onlar kralı nəinki üzbəüz,hərtərəfli görmüş qadınlar idilər. Kralın ayağından öpməyə hazır olan, onuyalnız uzaqdan görə bilən təbəə üçün doğurdan da bu nüfuz hesab olunurdu. Eləindi də belə deyilmi? Günümüzdə bir gənc qız öz sosial səviyyəsində olanoğlanla xətakarlıq eləsə, ikisini də öldürərlər, ən yaxşı halda qızdan imtinaedərlər. Di gəl o qız hansısa nazir və ya oliqarxla bu zinanı etmiş olsa vəbunun sayəsində yüksək səviyyədə maddiyatla, vəzifəylə təmin olunsa, nəinki ailəsinin,bütöv nəslinin xanımağası olar. Yəni deməyim odur ki, namus yoxsulluqda olur,pul onu da almağa qadirdir. Fransız atanı qınamayasız deyə yazdım. Yenə dəözünüz bilərsiz, qınamaqda sərbəstsiz.

Yaxşı, bəs bu yeniyetmə gözəllərin kraldan dünyaya gətirdikləriuşaqlar nə olurdu? Məlumata görə, doğulan uşaq anasının qoxusunu almadanmonastıra göndərilirdi. Hətta kralın uşaqlarından ibarət ayrıca bir monastıryaradılmışdı. Sadəcə o uşaqların heç biri kral qanı daşıdığına görə mükəlləfiyyətlərəsahib olmurdu. Adi bir uşaq kimi dar çərçivədə böyüyür, həyatını davametdirirdi. Uşaqların anaları da qısa müddət sonra kralın maraq dairəsindənsilindiyi üçün ərə verilirdi, həm də bol cehiz və torpaq sahəsi hədiyyəsi ilə!

Təbii ki, qızlar arasında markiza qədər ağıllıları da tapılırdı. Məsələn,Mari-Luiza O,Merfi adlı 13 yaşlı sarışın gözəli Lüdovik görər-görməz aşiqolmuşdu. İki il müddətində hərəmxanada at oynadan gözəli "zərərsizləşdirmək”markizaya əməlli-başlı problem yaratmışdı. Yəni onun özünün sarayda mövcudluğutükdən asılı idi. Amma qərbin "Hürrəm sultan”ı olan bu xanım rəqibiniuzaqlaşdırmağın yolunu əvvəl-axır tapa bilmişdi. Mari-Luizanı xəyanətdəgünahlandırıb öncə cəza verdirmiş, sonra da sıradan birinə ərə verib başındaneləmişdi.

Kralın bu eyş-işrəti uzun illər, yəni o ölənədək davam etdi. Maraqlıdırki, bakirə qızlara həvəsini kral zöhrəvi xəstəliklərdən qorxması ilə əlaqələndirirdi.Taleyin kinayəsinə bax ki, kral 64 yaşında məhz zöhrəvi xəstəlikdən dünyasını dəyişib.O öləndən sonra "Marallar vadisi” də çaqqalların oylağına çevrildi.

Şəfiqə ŞƏFA