adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Iyun 2020 12:32
193381
LAYİHƏ

Qərbin Şərqə baxışları və ya türk-islam dünyasına münasibəti

(əvvəli ötən saylarımızda)

Dante Aliqyeri ilə müasir olanŞərq universallarından Marağalı Əvhədi (1274-1338), Mahmud Şəbüstəri(1287-1320), bundan sonrakı dövrlərdə ömür sürən Əssar Təbrizi (1325-1390), FəzlullahNəimi (1339-1394), İmadəddin Nəsimi (1369-1417)və başqaları heç bir əsərində insanı atəşpərəst, xaçpərəst, müsəlman vəbütpərəst olaraq kiçiltməmişlər. Bir qayda olaraq, Şərq peripatetikləri insanın ilahi mənşəyindən çıxış edib ilahieşqi, vəhdəti - vücudu, zərrənin küllə qovuşmasını fəlsəfi və poetik düşüncələrfonunda təsvir etmişlər

İNSANA münasibətdə daimayrımçılıq edən Avropanın "böyükhümanist" adı ilə dünya xalqlarına təqdim edilən bəzi səyyah, yazıçı və şairləri həm fəaliyyətlərində,həm də əsərlərində xristian olmayanları kiçildir və alçaldırdılar. Budur,"Don Kixot"un 1845-ci il Paris nəşrinə ön söz yazan Don Jose Mor döFüentes öz yazısında Servantesin(1547-1616) Lepanto döyüşündə 500 türk öldürdüyünü (Bax. Eloge de Miguel deCervantes Saavedra par D. Jose Mor de Fuentes. Michel Cervantes. Histoire deDon Quichotte de la Manche. Pp.I. Bax. Vaqif Aslan. Türk xalqları ədəbiyyatıüzrə mühazirələr. Səh. 308-309) fəxarətləqələmə alırdı. Yəhudi əsilli fransız səyyahı Jan Batist Şardən (1643-1713) MəhəmmədPeyğəmbəri yalançı peyğəmbər (le fauxMoamed - Bax. Voyages de Mr le Chevalier Chardin En Perse et autres lieux de L'Orient. Tome sixieme. Page 12. Paris, 1811. Bax. Vaqif Aslan. Seçilmiş əsərləri,3-cü cild. Səh.129. Bakı, "Təhsil"NPM, 2010) adlandırırdı. İNSANA münasibətdə Dante Aliqyeri xəttini, qismən dəolsa, davam etdirməyə meyilli olan Fransua Mari Arue Volter (1694-1778) "Məhəmməd"faciəsini, Jorj Qardon Noel Bayron(1788-1824) "Şərq poemaları"nı və "Kafir" əsərini, ViktorHüqo (1802-1885) "Şərq şeirləri"ni yazırdı. Bu əsərlərdə türk- müsəlmanaləminə ironik baxış var idi.

Subyektivizm,individualizm və amoralizm kimi xarakterik xüsusiyyətləri ilə ortaya çıxan, həmdə modern adı ilə təqdim edilən dekadentçilik kilsə təhsilindən gələn yazıçı və şairlərin əksəriyyətini əhatəedirdi. Bu qəbildən olan yazıçı və filosoflar da xristian hegemonluğuna təhlükə törədə biləcəkxalqların simasında düşmən obrazları yaradır, çıxış yolunu onları məhv etməkdəvə geridə qalan xalqları kölə vəziyyətinə salmaqda, hansı yolla olursa-olsun ,qırıb azaltmaqda görürdülər. Jül Vernin(1828-1905) "Mişel Stroqoff" (rus variantında "Mixail Stroqov"adı ilə təqdim edilir) romanı da bu qəbildən idi. 1876-cı ildə yazılan bu romanın əsas obrazıMişel Stroqofdur. c

O, rus çarı II Aleksandrın (1818-1881;hak.1855-1881) kuratorudur. O, çarın əmri ilə Moskvadan Şərqi Sibirin mərkəzisayılan İrkutska yola düşür. Onun üzərinə düşən missiya Moskvadan xəbərsiz qalan İrkutskqubernatorunu - çarın doğmaca qardaşını xain İvan Oqaryoffun başçılığı ilətatar ordalarının Sibiri işğal etmək üçünhücum edəcəklərindən xəbərdaretməkdir - Sa mission est d'avertir lefrere du tsar, reste sans nouvelles de Moscou, de l'arrivie des hordes tartaresmenees par le traitre Ivan Ogareff pourenvahir la Sibirie.

Buroman fransız naşir Pyer JulEtzelin (Pierre-Jules Hetzel-1814-1886)təkidi ilə İ. S. Turgenevə (1818-1883) göndərilir. İ. S. Turgenev "MişelStroqoff"a tatar basqını ilə bağlı bir çox düzəlişlər versə də, Jül Vernintarixə və insana qeyri-hümanist baxışı inkar edilməz olaraq qalır. Romandatatar ordalarının İrkutskdan Urala qədər Sibirin elektrik dirəklərini kəsə-kəsə,dəmir yollarını sökə-sökə gəldikləri, qarşıları alınmazsa, Rusiyanı işğal edəcəklərivə Rusiyaya kömək əli uzada bilməyən Avropanı da kölə halına salacaqları təlqinolunur.

"TatarlarSibiri işğal etdilər" cümləsi"Ruslar Rusiyanı", "fransızlar Fransanı","italyanlar İtaliyanı", "ingilislər İngiltərəni" işğaletdilər tipində olub, həyasızlıq və hiyləgərlik semanikasındadır.

JülVernlə eyni əsrdə yaşayan və Avromühitlə yaxından tanış olan türk şairi TofiqFikrət (1867-1915) isə dinindən və irqindən asılı olmayaraq, İNSAN-ıtərənnüm edirdi:

Torpaq- vətənim, növim-bəşər, millətim -insan!

İnsanolur ancaq, buna izanla inandım!

TofikFikrət Şeytanın da, Mələyin də insanınikili təbiətindən gəldiyini göstərir, içindəki Şeytanı öldürüb, Mələyiqorumaqla dünyanı Cənnətə çevirə biləcək İnsanı mədh edirdi. Düşüncələrinisübut etmək üçün Tövrata, İncilə və Qurana əsaslanırdı:

Şeytanda bizik, Cin də... Nə Şeytan, nə Mələkvar!

Dünyadönəcək cənnətə insanla , inandım!

Fitrətdətəkamül əzəlidir, bu kəmalə

Tövratilə, İncil ilə, Quranla inandım.

(Bax.T.Fikrət. Seçilmiş əsərləri. Səh.115-116. M. Sultanovun işləməsində)

***

Çoxtəəssüflər olsun ki, bir çox dünya şöhrətli şəxsiyyətlərin düşüncə və rəftarındaxristian təəssübkeşliyi indinin özündə dəaçıq-aydın bilinməkdədir. Şöhrətlisəyyah, etnoqraf və arxeoloq Tur Heyerdalın (06.X.1914- 18.IV.2002) əsərləri ilətanış olduqca bir çox məqamlar mənidüşünməyə vadar etdi.

TurHeyerdalın Sovet İttifaqı KommunistPartiyası Mərkəzi Komitəsinin 1985-1991-ci illərdə sonuncu Baş Katibi olan vəhakimiyyəti dövründə SSRİ-nin yıxılması naminə xalqlar arasındakı münaqişələrigenosid səviyyəsinə qaldıran, türk-müsəlman qırğını üçün xristianlaraaçıq-aşkar dəstək verən Mixail Sergeyeviç Qorbaçovun (1931) boynunu 1992-ci ildəRio dö Janeyroda (Braziliyada) "köhnə bir dostu ilə görüşürmüş kimiqucaqlaması", daha sonra Kiotoda(Yaponiyada) Beynəlxalq Yaşıl Xaç Təşkilatının inoqurasiyasında belə bircaninin şəxsi məsləhətçisi olması, onunla birlikdə Haaqada (Niderlandda)sinaqoqda yəhudi möminlərin dini ayinlərində iştirak etməsi (Bax. Tur Heyerdal.Adəmin izləri ilə. VIII kitab. Tədqiqatsilsiləsi. Bakı, 2011. Səh. 230, 232)"Mən BMT-ni, vahid dünya ideyasını,xalqlar arasında dinc yaşayışı təmin edən hər şeyi dəstəkləyirəm","Gələcək üçün arzu edə biləcəyim yeganə şey dinlər arasında baş verənbütün münaqişələrə son qoyulmasıdır" (Bax. Tur Heyerdal. VIII kitab. Səh.301, 307) deməsi səmimiyyətdən daha çox siyasətdən xəbərn verir. Beynəlxalq təbliğat maşınının ən çox önəmverdiyi simalardan biri olan Tur Heyerdal kimi şöhrətli bir şəxsin bir çox məqamlarda kölgəli tərəflərininolması təəccüb doğurur.

1962-ciildə SSRİ EA-nın prezidenti Mstislav Vsevolodoviç Keldışın (1911-1978) dəvətiilə Sovet İttifaqında olan Tur Heyerdalın Sibiri rus çölləri adlandırması,"oradakı kiçik pravoslav kilsələrinigördükcə "gələcəyə ümid hiss olunan havanın hökm sürməsindən" razıqalması (Bax. Tur Heyerdal. VIII kitab. Səh. 221-222), Sibirin türk xalqlarınıheç yadına salmaması da onun xristian təəssübkeşi olduğna əyani sübutdur. O burada Jül Vernin qəhrəmanı Mişel Stroqoff a "Daha narahatolma, Sibir xristianlaşır" deməkistəyirmiş kimi görünür.

28avqust 1981-ci ildə Azərbaycana ilk gəlişində Azərbaycan EA Coğrafiya İnstitutunundirektoru akademik Həsən Əliyevin (1907-1993)qonağı olmuş Tur Heyerdal onu ölkəmizin tarixi yerlərinə səfəri zamanımüşayiət edən akademik Cəmil Quliyevin (1927-2010), o dövrdə akademiyanınmüxbir üzvü olan Budaq Budaqovun (1928-2012) adlarını belə çəkmədən danışır.Sanki onları heç zaman görməyibmiş. [(Bax. B.Ə.Budaqov. Akademik Həsən Əliyev.Səh.114-118. Bakı, "Elm", 1995. Çox təəssüflər olsun ki, internetdəbu kitabın nəşr tarixi 1994-cü il kimi verilmişdir)] Həsən Əliyevdən danışarkən"akademik" sözünü işlətmir, "o, aqronom idi"deməklə kifayətlənir,daha sonra onu, sadəcə olaraq, Həsən deyə (Bax. Tur Heyerdal. VIII kitab. Səh.227-228) təqdim edir. Çox təəssüflər olsun ki, Tur Heyerdal 1981, 1994, 1999, 2000-ci illərdə Azərbaycandaolduğu halda 26-29 0ktyabr 2011-ci ildə Bakıda "Tur Heyerdal və Azərbaycan"Beynəlxalq simpoziumunun gedişi ərəfəsində iştirakçılara təqdim edilən TurHeyerdal. VII kitab, tədqiqat silsiləsi. "Sərhədləri aşaraq, dənizləriaşaraq-Azərbaycanla əlaqələr" kitabının 59-cu səhifəsində onun Azərbaycanagəlişi doğru olaraq1981, 1994, 1999, 2000,69-cu səhifəsində isə səhv olaraq 1980, 1994, 1998, 1999-cu il tarixləriilə göstərilmişdir. Tur Heyerdalın VIIIkitabının 160-161- ci səhifələri arasına daxil edilən 31 şəklin sirası ilə ondoqquzuncusunda (Heydər Əliyevlə görüş. 2000-ci il, Bakı) ilk gəlişinin tarixiyenidən səhv olaraq 1982-ci il kimi qeydedilmişdir. Redaktorun səhlənkarlığı və laqeydliyi üzündən hər iki kitabda TurHeyerdalın Azərbaycana gəlişinin müxtəliftarixlərlə göstərilməsi gələcəkdə, şübhəsiz ki, dolaşıq mübahisələrə səbəb olabilər.

İndiisə, buyurun, Tur Heyerdalın VII kitabının 79-cu səhifəsindəki redaktor qeydinə baxın:

Bu qeyd Tur Heyrdalın VII vəVIII kitablarının Azərbaycan mətninə necə bir məsuliyyətsizliklə yanaşıldığına əyanisübutdur.Əvvəla, kitabın bir çox yerlərində olduğu kimi burada da"inşa" ilə "bərpa"terminləri qarışdırılır. Əlbəttə ki,yazılmayan yazıdan "dəlil" axtarmaq bizə yaraşmaz və redaktorkimi görücü olmadığımızdan nəinki min il sonra, hələ XXI əsr başa çatınca vəXXII əsr boyunca nə cür dəlillərin tapılacağını da bilmirik. Onu deyim ki, TurHeyerdalın Azərbaycan dilinə tərcümə edilmiş VII və VIII kitablarında yüzlərləyazılış, üslub və işarə səhvləri vardır. Bu kitabların Azərbaycan mətni üzərində, demək olar ki, heç bir redaktə işiaparılmamışdır.

(ardı növbəti sayımızda)

Vaqif Aslan

AYB Şəki bölməsinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.