adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Iyun 2020 14:27
41416
LAYİHƏ

Qərbin Şərqə baxışları və ya türk-islam dünyasına münasibəti

11 mart 1985-ci ildən 24 avqust1991-ci ilədək Sovet İttifaqı KommunistPartiyası Mərkəzi Komitəsinin (Sov. İKP MK-nın) Baş Katibi kimi, 15 mart1990-cı ildən isə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) xalqdeputatlarının növbədənkənar III qurultayında SSRİ-nin ilk prezidentiseçildiyindən həm də 25 dekabr 1991-ciilədək prezident kimi fəaliyyət göstərən Mixail Sergeyeviç Qorbaçov (1931)hakimiyyətə gəldiyi ilk günlərdən"Aşkarlıq və demokratiya","Plüralizm", "Yenidənqurma" şüarları ilə ağıllarıçaşdırmaq, gözləri qamaşdırmaq yolunu tutdu. Sov. İKP MK-nın 1985-ci il aprelplenumunda elan edilən "Aşkarlıq və demokratiya","Plüralizm" və "Yenidənqurma" pərdəsi arxasında baş verən hadisələr insanların dövlətə və siyasətə olan inamını zədələdi. Ədalət adlı tərəzinin əyilməsi "Qorbaçovaşkarlığı"nın qaranlığında çox aydınca göründü.

SSRİ-nin dağıdılmasına yönəldilən"Qorbaçovcasına aşkarlıq, plüralizm və yenidənqurma" millətlərarasımünasibətlərə də yenidən sağalmazyaralar vurdu. Aşkarlıq qaranlığa, açıq söhbət isə t?te-?-t?te danışığaçevrildi. Bundan sonra xristian ölkələrin dəstəyi, Qorbaçovun imzası və sovet ordusunun silahlı müdaxiləsi ilə Azərbaycantürkləri 1988-ci ildə işğalçı Ermənistan Sovet Sosialist Respublikasından, əslindəisə tarixi ata-baba torpaqlarından vandalcasına qovuldular. Həyəcanlanmış Azərbaycan türklərinə Qorbaçov"səbrli və təmkinli olmaq" barədə tövsiyyələr verdi və Qorbaçovunfitvası ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi qaldırıldı.Bu dəfə dünyanın xristian ölkələrinə arxalanan Qorbaçov ədaləti bərpa etmək əvəzinəAzərbaycanı susdurmaq üçün müsəlman türklərin genosid edilməsi fərmanına qolqoydu. Dünyanın xristian ölkələri Azərbaycanda törədilən tarixi 20 Yanvar faciəsinitürk-müsəlman aləmindən alınan intiqam kimi qiymətləndirdi. Bir sözlə,Qorbaçovdan aldığı estafeti bayraq edib başı üzərinə qaldıran Boris NikolayeviçYeltsin (1931-2007) 30 yanvar 1992-ciildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM-ə) üzv qəbul edilənAzərbaycanın türk-müsəlman əhalisininDağlıq Qarabağdan tamamı ilə çıxarılmasına, bir milyondan çox azərbaycanlınınqaçqın və köçkün halına düşməsinə, minlərlə əli silahsız və günahsız insanın əsiralınmasına, nəhayət, bəşər tarixində ən böyük qətliamlardan biri olan Xocalıfaciəsinə (26 fevral 1992) səbəbkar oldu.

Göründüyü kimi Azərbaycanı ATƏM-əqəbul edən xristian ölkələr 25 gündən sonra onunla əməkdaşlıq şəraitində onun təhlükəsizliyinigörməzlikdən gəldilər. Azərbaycanın Dağlıq Qarabağı bütövlükdə, Aran Qarabağıisə bir neçə rayonu ilə birlikdə rus və erməni ordusunun hərbi müdaxiləsinə vəişğalına məruz qaldı. 24 mart 1992-ciildə işğal edilmiş Azərbaycan torpaqları hesabına xristian coğrafiyasını genişləndirməkhəvəsi ilə alışıb yanan xristian ölkələr "Azərbaycanın ərazi bütövlüyünütanımaq" adı altında ATƏM-in Minsk qrupunu yaratdılar. 5-6 dekabr 1994-cüildə Budapeştdə keçirilən zirvətoplantısında Minsk qrupuna iki həmsədrintəyin edilməsi qərarı verildi. 1994-cü ildə Finlandiya və Rusiya ilk olaraq ATƏM-inMinsk qrupuna həmsədr oldular.

Rusiyanın təkidi ilə üç rus,iki erməni,yəni, beş xristian, birqırğız və bir azərbaycanlıolmaqla iki türk-müsəlman 5 may 1994-cüildə Bişkekdə Azərbaycanla Ermənistan arasında atəşkəsi təmin edəcək"Bişkek protokolu"nu imzalamaq mərasiminə toplaşmalı oldular. MDB(Müstəqil Dövlətlər Birliyi) ölkələri Parlamentlərarası Assambleyanın sədriVladimir Şumeykonun, Rusiya Federasiyası Prezidentinin səlahiyyətli nümayəndəsi,Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirovun, MDB ölkələri Parlamentlərarası AssambleyaŞurasının katibliyinin rəhbəri Mixail Krotovun,Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyanın, qondarma Dağlıq Qarabağ Respublikası Milli Məclisininsədri Karen Baburyanın, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulovun vəAzərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilovun (8 yanvar1946- 29sentyabr 1994) iştirak etdiyi imza mərasiminarazılıqla başa çatdı. ÇünkiBişkek imza mərasiminə qatılanlarınsırasında Dağlıq Qarabağın Azərbaycan İcmasının(DQAİ-nin) rəhbəri, Şuşa rayonu İH başçısı Nizami Bəhmənovun adı yox idi.Yəni, Dağlıq Qarabağda Azərbaycan icmasının varlığı qəsdən danılmışdı. AzərbaycanMilli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov bu səbəbdən "Bişkekprotokolu"na imza atmakdan imtina etdi. Rusiya vasitəçilik missiyasının rəhbəriVladimir Kazimirov isə saymazcasına "siyasi müraciət və sülhəçağırış" adlandırdığı bu sənəddə"Azərbaycan tərəfin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti"olmadığını söylədi. Kazimirovun təbirincədesək, anlaşılmayan siyasi müraciət və başa düşülməyən sülhə çağırışdan ibarətolan, üstəlik hüquqi xarakter daşımayan "Bişkek protokolu"nu imzalamaqdan imtina edən Afiyəddin Cəlilov ATƏM-in Minsk qrupunun iki həmsədrindən biriolan Rusiyanı çətinliyə saldı. Lakin bununla belə, Azərbaycan Milli Məclisininvitse-spikeri Afiyəddin Cəlilovunimzalamadığı "Bişkek protokolu"nun əsli Moskvaya göndərildi,surəti isə Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov tərəfindənBakıya gətirildi. Üç nüsxədə-rus, ermənivə Azərbaycan dillərində hazırlanan "Bişkek protokolu" AzərbaycanMilli Məclisinin spikeri Rəsul Quliyev və DQAİ-nin rəhbəri, Şuşa rayonu İHbaşçısı Nizami Bəhmənov tərəfindən imzalandı,bu sənəd 12 may 1994-cü ildə qüvvəyə mindi. Aradan dörd ay keçər-keçmzAzərbaycan beynəlxalq hüquq mövvqeyindən geri çəkilməyən Afiyəddin Cəlilovqanlı bir sui-qəsdin qurbanı oldu.

1995-1996-cı illərdə İsveç vəRusiya ATƏM-in Minsk qrupunun həmsədrləri oldular. 1 yanvar 1995-ci ilədək əldə olunan yenilik "Avropada Təhlükəsizlikvə Əməkdaşlıq Müşavirəsi" adındakı"Müşavirəsi" sözünün dəyişdirilib "Təşkilatı" sözüilə əvəz edilməsindən, yəni, ATƏM-in ATƏT-ə (Avropada Təhlükəsizlik və ƏməkdaşlıqTəşkilatı"na) çevrilməsindən ibarətoldu. 1 yanvar 1997-ci ildən isə ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupuna həmsədrliketdilər. Onların həmsədrliyi ilə fəaliyyət göstərən Minsk qrupu tutuquşu triosu olaraq Qorbaçovun "səbrlivə təmkinli olmaq" çağırışını, "torpaqları işğal edilsə də, onu sülhilə həll etmək" doktrinasını bu günə qədər təkrarlamaqdan başqa bir şeyetmədi.

Şahnazaryanlı, Aqanbekyanlı,Durmuşyanlı, Dəmiçiyanlı, Köçəryanlı (Bunu Qoçəryanlı, Keçəryanlı eləsən də-eləməsəndə, özündən əvvəlki və sonrakı adlar kimi türkcədir ki, türkcədir), Balayanlı,Paşinyanlı ermənilərin xristiandünyasının fitvası ilə Azərbaycana qarşı etdiyisiyasi hiyləgərliklərbəşəri əxlaqa, etik normalara hörmətsizlikdən başqabir şey olmadı. Ən son hadisələr baxımından götürsək belə, Azərbaycanprezidenti İlham Əliyevin Ermənistanın baş naziri Paşinyanla 29 sentyabr2018-ci il Düşənbədə MDB Sammiti çərçivəsində ,3 oktyabr 2019-cu il Soçi şəhərində"Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenarsessiyasında, 12 oktyabr 2019-cu il Aşqabadda MDB Dövlət Başçıları Şurasınıniclası çərçivəsində olan görüşləri qarşı tərəfin etinasızlığı ilə qarşılandı.Ermənistanın baş naziri Paşinyanın "Qarabağ Erm?nistanın hissəsidir vənöqtə" bəyanatı qarşılığında Azərbaycan prezidenti İlham Əliyevin qətiyyətlədediyi "Qarabağ tarixi, əzəli Az?rbaycan torpağıdır. Beləliklə, QarabağAz?rbaycandır və nida işarəsi" bəyanatı da türk-müsəlman qanı içib sərxoşolanları ayıltmadı ki, ayıltmadı. 21 may2020-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyanın işğal etdikləri Şuşaya gəlişi və bu şəhərdəDağlıq Qarabağın yeni seçilən "prezidenti" Araik Aratunyunanın andiçməmərasiminin keçirilməsi ATƏT-in Minsktutuquşu qrupu fəaliyyətinin son nəticəsi kimi başa düşülməlidir. Elə buna görədə Azərbaycan XİN vasitəçilərə bu iki sualla müraciət etmişdir:

1. Həmsədrlər Ermənistanhakimiyyətinin işğal altındakı Şuşada keçirilən tədbiri haqqında nə düşünürlər?

Yəqin ki, bu suala tutuquşutriosu birağızdan belə cavab verəcəkdir:"Səbrli və təmkinli olmaqlazımdır. Hara tələsirsiniz? Hələ ki, düşünməyə vaxtımız vardır."

2.Erməni separatçıları həmsədrlərinhazırladıqları planların əksinə olaraq Şuşada, Kəlbəcərdə və Laçında məskulaşdırmasiyasətinin qarşısını niyə almırlar? Axı bütün həll planlarına görə bu bölgələrboşaldılmalıdır. Bax. F.Ağayeva. Son xeber.az Tarix: 22 may 2020.

Çox güman ki, bu sualın da cavabı ATƏT-in Minsk tutuquşu qrupunun yadından çıxmasın deyə yuxuda da təkrarladığı söz yığınından ibarət olacaqdır:"Münaqişə sülh yolu ilə həll edilməlidir, amma vaxtı bilinmir."

İşğal edilənlə işğal edənin fərqinə vara bilməyəntutuquşu triosu- ATƏT-in Minsk qrupu hələ də eyni nəğməni təkrarlamaqdadır. Təkcəbizim deyil, bütün bəşəriyyətə qarşı edilməkdə olan sui-qəsdlərin qarşısı alınsın deyə Qərbin "superpersonu" ilə Şərqin "kamil insanı" əl-ələ verməlidir. Elə bu səbəbdən də bu yazını qələmə almağı özümə borc bildim.Axı, insan haqlarından danışa-danışa insan haqlarını tapdalamaq dünyanı bədbəxtgünə qoymaq deməkdir. Əfqanıstanda, İraqda, Liviyada, Suriyada və digərcoğrafiyalardada oynanılan oyunlar od ilə oynamaqdan da qorxuludur. Həm də bunagörə düşüncələrimi yazmağı qət etdim.Qitələr və qütblərarası baxışlara qısa birnəzər salmaq istədim.

(ardı növbəti sayımızda)

Vaqif Aslan

Azərbaycan Yazıçılar Birliyi

Şəki bölməsinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.