adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Iyun 2016 12:15
13271
MARAQLI

Qəraib dənizinin daha bir qəribəliyi

Qəraibdənizi (Karib) öz müəmmaları, vahiməsi və quldurları ilə dəfələrlə ədəbiyyatın,incəsənətin ilham pərisi olub. Amma gerçək həyat əsərlərdəki, filmlərdəki kimiadrenalinin təzyiqi ilə  damarlara qan əvəzinəvahimə axıtmağı o qədər də maraqlı etmir. Çünki həyat sonu xoşbəxt bitən,yaxşıların yamanlar üzərində qələbəsini göstərən film deyil. Reallıqda yamanyaxşıdan daha məharətli və zirək olur. Qəraub dənizinin yamanlığı isə əsrlərdirbitmir. Bir vaxtlar quldurlarının sayəsində bu dənizi üzüb keçmək mümkünolmazdı, daha sonra müəmmalı adaları özünü insanlara yadlaşdırdı. İndi isəbaşqa bir təhlükəsi alimləri təşvişə salıb.

Britaniyalıalimlər Qəraib dənizindən eşidilərn qəribə səsləri qeydə alıblar. Səs o qədərgüclüdür ki, onu kosmosdan da eşitmək mümkündür. Belə ki, Böyük Britaniyanın LiverpulUniversitetinin tədqiqatçıları okeanın dinamikasını müşahidə edən zaman davamlıuğultular qeydə alıblar. Üstəlik, bu müşahidələr 60 ildir ki, aparılır, amma bugünə qədər belə səslər eşidilməmişdi. Bu qəribə, ürküdücü səslər barədə əlaqədarorqanlara məlumat verilib, kosmosdan qeydlər apararkən səsin ordan daeşidildiyi alimləri narahat edib. Çünki Qəraib dənizi kainatın iqliminə birbaşatəsiri olan dənizdir. Qlobal qütb axını, dövriyyəsi məhz bu dəniz vasitəsiləmüşahidə olunur. Dünyanın gələcək iqlimi Qolfstrim axınının isti-soyuq kütləsiilə ölçülür.

Alimlərbu uğultunu xəbərdarlıq kimi dəyərləndirirlər. Bildirilir ki, Kolumbiya vəVenesuela sahillərində  dənizin səviyyəsi10 sm arta bilər. Odur ki, səsin mənşəyinin araşdırılması ilə sahil məskənlərininsubasmasının da qarşısı vaxtında alına bilər.