adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Mart 2020 12:58
68364
ƏDƏBİYYAT

“Qələmsiz yazılanlar” qələmlə imzalandı - Rəşad Məcidin imza günündən REPORTAJ

Fevralın 29-daSumqayıt Poeziya evində Rəşad Məcidin "Qələmsiz yazılanlar”ı adınının əksinəolaraq qələmin hədəfinə tuş gəldi. Bilmirəm, bu tarix niyə seçilmişdi. Ya RəşadMəcid bu görüşünü dörd ildən bir keçirilənolimpiya oyunları kimi yadda qalan etmək istəmişdi, ya da tarix özü hədəfə gəlmişdi.Bilmək olmaz, olimpiya oyunlarına da hazırlaşar. Əfv komissiyası, şair,publisist, əməkdar mədəniyyət işçisi, "525-ci qəzet”in baş redaktoru, AYB-nin gənclərüzrə katibi və.s. Olimpiya oyunlarında iştirakçı olmaq- niyə də olmasın?!

Nə də olsa, məndə ev sahibi sayılırdım. Poeziya evinin işçisi gənc şair Elvin Əlizadə gecədənzəng etdi ki, bəs, iki saat tez gəl, görək nə edirik. Bütün tədbirlərə vaxtındagedən mən həmin gün tezdən qapının ağzını kəsdirdim. Tədbir öncəsi həmişə beləolur, az adam olacağı qorxusuna görə hamı məsuliyyəti üstündən atır. Poeziyaevinin direktoru İbrahim İlyaslı da eynilə bu görüşü gənclər təşkil edib deyir,yəni gələn olmasa, mənlik deyil. Necəsən, zalım, belə anda gənclərin çiynini buqədər yükləmək olmaz!


12-yə, görüşün başlamasına yarım saat qalıb,amma 60-70 nəfərlik zal dolub. Ayaq üstdə qalanlar var deyə qıraqdan 20-30 stulda gətiririk. O da bəs etmir, ayaq üstdə görüşü izləyənlər də olacaq. Bundansonra nə olmalıdır, hərə belə anşlağı təbii olaraq öz adına çıxmağa başlayacaq.

AYB-nin mətbuatkatibi Xəyal Rza ağzında maska görünür. Deyir, koronavirusa görə taxmışam.Inanan , daşa dönsün. Xəstəlik qorxusu olan adam günə belə xoş ovqatlabaşlayar, zarafatlaşa bilər? Təki adam günə belə virus ovqatı-qorxusuylabaşlaya. O virusdan bizə də yoluxdura...



Vallah, mənəümid olan susuz qalar. Tədbirin aparıcısı İbrahim İlyaslı və Rəşad Məcidinmasasına aldığımız suyu qoymağı unutmuşuq. Dodağım quruyanda hiss edirəm ki,ağlım bir qarış havadaymış bayaqdan. Ta səbəbini demirəm niyə. Bəlkə də yazınınsonunda deyərəm. Ya da indi deyim e, yaddaşsızlığım var. Görünüşünə görə əsmərgünəş dediyim birinə türklər demiş takılmışam. Gözlərim zəif olsa da iti görməyimvar. 10-15 kişinin əyləşdiyi yerdə bir yaşlı xanım əynini geyinmək istəyir. Mənqarışıq centlmenliyimizi unutmuşuq. O isə o xanıma paltosunu geyindirir. Bütünkişilərin yerinə centelmenlik edir. Utanırambelə unutqanlığımızdan. Əşi, məndəutanan sifət var?!Bəlkə tribunaya çıxım elə ordan deyim ona deyiləcək sözlərimi?



Sumqayıt ədəbimühitin ağsaqqalı Əşrəf Veysəlli ilk söz alanlardandır. Elə görüşdən sonra da mənəustadlıq edir. Şeiri demirəm, xanımlara necə centlmenlik etməyi. RafiqYusifoğlundan sonra Ofelya Babayeva tribunada müəllim kimi çıxış edir. Məsləhətlər,tövsiyyələr və.s. Bəlkə də keçmiş direktorluğundan irəli gəlir. Elə bilirgörüşdə iştirak edənlər müəllimlərdir, poeziya evisə orta məktəb.

Gənclik adındangənc şair Elvin Əlizadə çıxış edir. Düzü, mənə demişdilər. Görüşdən əvvəlqonaqlığa boyun oldum ki, siz Allah, mənə söz verməyin. Facebookda belə bəlağətlistatuslar yazmağıma baxmayın, tribunaya çıxanda ya çox utancaq oluram, ya da səmimiyyətindozasını qaçırıram. Deyirəm axı, Elvin Əlizadə çıxış edir. Çıxış deyirəm e, sizə,elə bil gələcək məmurdu danışan. Ən azından gələcəyin icra hakimi.



Xəzər Süleymanlıda müəllifin çiyələk qadınının havasını yaşadır zala. Məncə qiraət etmirdi,zaldakıların hislərini qarət edirdi.

Namiq Mənaya gəldikdəisə bunu deyim ki, heç nə demək istəmirəm. Qafiyə-qafiyə gözümü döymək istəmirəmçünki. Hə, istəsə sərbəst vəzndə deyişə bilərik.

Zala baxıram,xeyli xanım, qız var. Rəşad Məcidə paxıllığım tutur. Öz-özümə deyirəm, daha gəncəm,bir-iki yaxşı şeirim də var. Bəs, bizə niyə belə olmur?! Içimdə qisas almışkimi gülümsəyirəm, suyu düz etdik yarım saat sonra masaya qoyduq. Bu da mənimqisasım.

"Qələmsiz yazılanlar”ıimzalamağa qələm yoxdu. Elvindən alır. Elə kitabın adı kimi bəlkə də facebookdaimzalamaq fikrində olub kitabları. Bir neçə dəqiqəyə gətirdiyi kitablaroxucular tərəfindən sahiblənilir. Hə, yadıma düşmüşkən, Sumqayıta tək özkitablarını deyil, çağdaş Azərbaycan ədəbiyyatının nümayəndələrinin, bundan öncəkilərində kitablarını hədiyyə gətirib. Belə sevgi dolu, öz görüşündə kitabından dahaçox başqalarının kitabını reklam etməsi, oxutdurmaq istəyinə sahib olmaq üçünböyük ürəyə sahib olmalısan.



Səbəbini bilmirəm, Əli Kərim mənə ən doğma 3-4 şairdən biridir. Rəşadmüəllimin "Metronun yaylı qapıları” kitabını mənə hədiyyə etməsi lap yerinə düşdü.

Əyyub Qiyas, Ehtiram İlham, Əli Nəcəfxanlı deyəsən bu gün formdadeyillər. Elə gənclərdən İntiqam Yaşar da. Ola bilsin, Xəyal Rza kimi "səhərvirus”una yoluxublar...



Dənizqırağındayıq. Soyuq, küləkli...Təkcə köynəkləyəm. Özümü kimə göstərirəm, bilmirəm.Hələ bu da bəs deyilmiş kimi o köynəyimi də çırmalamışam. Özümü elə aparıramki, guya üşümürəm, hətta belə soyuq havalar mənimçün istidi. Heç nə, ikigündür, qızdırmadan ölürəm. Gənclərdən söz düşür, dəstəyindən, uğurlarından,onlara sevgisindən danışır. Amma gileylənir ki, bu gəncləri evləndirə bilmir.100% əminəm ki, məni nəzərdə tuturdu. Çirkin ördək yavrusu kimi baxışlarımıaşağı zilləyirəm.

Sumqayıtda baştutan bu görüş məncə, istər Bakıda, istər regionlarda olan görüşlərin ən səmimi,ən yaxşılarından idi.

Emin PİRİ