adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Sentyabr 2019 15:26
29505
ƏDƏBİYYAT

"Qələbə olacaq, mütləq olacaq!"

Kiçik arayış. NəzakətSalah qızı Məmmədova. Şairə-publisist. Respublika Xatirə Kitabı Redaksiyasınınbaş redaktoru.

Yazıçılar və JurnalistlərBirliyinin üzvü, "Yada düşdü" ədəbi-bədii jurnalın təsisçisi, başredaktoru.

"Ömrüm","Ömrün qatarı", "Saralmış yaprağa benzeyir ömrüm","Yurd dediyim bu torpaq" kitablarının müəllifi. Prezidentmükafatçısı,

"Qızıl qələm","Rəsul Rza", "Mikayıl Müşfiq" mükafatları laureatçısı.

Tam səmimiyyətimləetiraf edim ki, az-maz yazı-pozu adamı olmağıma baxmayaraq həmişə şairlərə qibtəilə yanaşmışam, "qəlbini zəngin poeziya xəzinəmizin gülüstanına, çəmənzarınaaçan söz xiridarlarına" əlçatmaz baxmışam. Bir sözlə "şairlər ayrıinsan növüdürlər" fikrilə tamamilə razılaşmışam. Hətta onların yer üzünəTanrı töhfəsi, Tanrı sevgisi olduğuna heç şübhəm yoxdur. Bu gün onlardan biri,şairə-publisist Nəzakət xanım haqqında söz açmaq istərdim. Mənə elə gəlir ki,bu ad ona qoyulmayıb, elə onunla birligdə doğulub, boyuna-buxununa, ədəbinə-ərkanınabiçilib. "Adına oxşayan, onu doğruldan insanlar çox olmur". Xüsusən dətəzadlarla dolu, hər şeyin madiyatla "qiymət"ləndirildiyi birzamanda...

Onu beş-altı ildir tanıyıram. Sözündən əvvəl özünə, ədəb-ərkanına, xaım-xatınlığınavuruldum. Və bu vurğunluq məni ona daha çox bağladı. Şeirlərini oxudum, söhbətinidinlədim, qəlbini, ruhunu duydum. İlahi bu qadının sözü də, özü də başdan-başamilli ruha, kökə-soya göklənib. O, ruhda "elinə-obasına, ocağına, sevdiyinə,doğmalarına dəyər verən Azərbaycan xanımı, anası, bacısı" əks olunub. O,ruhdan itirilmiş yurd ağrısı, Vətənsizlik dərdi boylanır. "Dərdlər içində ənağır dərd olan Yurd həsrəti, Yurd dərdi" Nəzakət xanımı için-için göynədir,yandırır, sızladır. Daşına, çınqılına həsrət qaldığı Şuşa, Xocalı, Laçın, Zəngilanyanğısıilə

Yurd dediyin bu torpaq

Döyüş qərargahımdır.

Hər çınqılı hər daşı,

Ulu səcdəgahımdır

-söyləyən şair Vətənin qayasının, çınqılının, mamırının belə müqəddəsolduğunu bir daha vurğulayır. Əksər şerlərində günümüzün ən aktual məsələsi,Qarabağ dərdi, millət harayı, torpaq itkisi, Vətən iztirabı çözülür. Bu dərd,bu ağrı onun qəlbini yandırıb-yaxsa da şeirlərində üsyankarlıq, zəfər, qürur, qələbəmüjdəsi var. Və o müjdəni Azərbaycan əsgərinin bəxş edəcəyinə böyük inam, ümidvar.

Səndən söz açdıqca yorulmur ürək,

Ümidlər açılır hey çiçək-çiçək.

Əzminlə yurduma zəfər gələcək,

Zəfər ünvanısan Vətən əsgəri.

Və yaxud,

Bir gün mütləq uçulacaq,

Bu dərdin, qəmin hasarı.

Çiçəkləyər bu millətin,

Ümid dolu arzuları.

Dünyada ən ağır köç ana, ata köçüdür" deyirlər. Bu ağır yükvaxtından çox əvvəl Nəzakət xanımın çiyinlərinə düşüb. Nağıla bənzər o xoşbəxtqürurlu, vüqarlı günlərinin xiffətini çəkən şairə "Ata" şerində onunitgisilə heç barışmır:

Qururum, vüqarım, həm güvənc yerim,

Əlçatmaz zirvəsən, bir qarlı dağsan.

Sən mənim ən ali həyat məktəbim,

Ata ölməmisən, qəlbimdə sağsan.

Deyirlər ki, "hər fəsil gəlişi ilə yer üzünə özünəməxsus büsat gətirdiyikimi, hər kitabın da nəşri qəlblərə sevinc, təzə-tər nəfəs bəxş edir". Nəzakətxanımın da 2018-ci ildə işıq üzü görən "Yurd dediyim bu torpaq"kitabı qarşımdadır. Əvvəl vərəqlədim, həzin, duyğu dolu misralar "suyamöhtac çöl kimi" ruhuma hopdu və "poeziyanın sirli-sehrli, cazibədaraxını" onu oxumağa vadar etdi. Oxudum, şeirlərinin hər birinin öz mənası,öz məzmunu var. Hər sözü, hər misrası milli yaddaşa, milli ruha kökləndiyi üçünşerlərindən bir ümid işığı böylanır. "O şairin ki üzündə, çöhrəsində nur,işıq var, deməli, onun ruhundan süzülən gözəl şeirlərində də bu nur, işıq o qədərgörünür". Əslində Nəzakət xanım özü işıqlı, nurlu bir insandır. Elə bil həmişəgülümsəyir, üz-gözündən nur süzülür, düşünürsən "bu qədər işığı, duruluğuhardan alıb bu insan? Duruşu da, güləndə gülüşü, danışanda danışığı da, yazandasözü də işıq olan insandır- Nəzakət xanım". Bu duruluq yaradıcılığına dahopub. Üzündən, qəlbindən süzülən bu nur şeirlərinə bələnib, onu ağuşuna alıb."Mən bu şairin sözünün işığına bələnmək istəyirəm!" söyləyən BaratVüsal nə qədər haqlı imiş. Əslində təkcə o yox, Nəzakət xanımı oxuyan, duyan hərkəs o işığa bələnmək, o işığda nurlanmaq istəyir. Çünki o işıqdan qəlblərə"amal, kamal, əməl" paklığı süzülür.

Hər kəsin qəlbində dinsin vicdanı,

Nə olar, həyatı möcüzə bilək.

Zamanı incidib, qovan dünyanı,

Qorusun gözəllik, məhəbbət, istək- söyləyən xanımın şerlərində "hərsözün öz rəngi, öz ahəngi" olduğu üçün "beynə nüfuz edir, qəlbə hakimkəsilir". Bu poeziya da zəif söz yoxdur, onlar oynaq, canlı və axıcıdır.Deyim-üslub tərzi özünəməxsusdur. Güclüdür, sadədir, ortababdır. Fərq etməz.

Yenidir, təravətlidir, orijinallığılə, fərdiliyilə, bədii zövqilə,estetik duyumuilə, fikirlərinin aydınlığılə, ardıcılığılə, dilinin və üslubununsadəliyilə. Bu ondan irəli gəlir ki, o, müraciət etdiyi hər mövzuya eyni sevgilə,eyni səmimiyyətlə yanaşır.

Səmimiyyət, Nəzakət xanımın həyat kredosudur. İndi çoxlarının yalançı"səmimiyyət"ə büründüyü bir vaxtda, xoşbəxtlikdən Nəzakət xanım onu həmyaradıcılığında, həm həyatında qoruyub saxlaya bilib.

Odur ki, oxucu onun ilhamının səmimiyyətinə inanır və onu sevərəkdənoxuyur, qəlbən duyur.

"Yükümü tutmuşam gördüklərimdən" -deyən Nəzakət xanım təkcəbir şairə kimi yox, həm də bir ana kimi oxucusunu Vətən, Yurd, Millət qeyrəti çəkməyəsəsləyir. Oxucu "duyğulanır, təsirlənir, təzələnir, səfərbər olur".

Vətən çırpınırdı ağrı içində

Qıvrıla-qıvrıla qalmışdı yollar

Qeyrət qılıncını çəkib gedirdi

Vətəni anatək sevən oğullar.

"Bir sabah var-ümidimi bu sabaha bağlamışam" -söyləyən şairəxanım istər həyatda, istər yaradıcılığında sabah çox ümidlidir. Tanrısının çoxşükürlü bəndəsi olan Nəzakət xanım

Mən ömrümü sabahlara bağlayıram.

İtirdiyim hər nə varsa,

sabahımda tapacağam"

-deyərək oxucusunu hər an ümidlə, inamla mübarizəyə səsləyir. O, sabahda Qələbə var! Şairə-publisist Sona xanım Vəliyevademiş "Qələbə olacaq, mütləq olacaq!".