adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Sentyabr 2018 12:44
64560
MÜSAHİBƏ

QƏLBİNDƏ PEŞMANÇILIQ HİSSİNİ ÖLDÜRMÜŞ ADAM

Bu günlərdə redaksiyamıza bir qonaq təşrif buyurmuşdu.Doğrusu, ötən əsrin 90-cı illərinin ortalarında görüşmədiyim, qarşılaşmadığımbir insanı görəndə təəccübləndim. Amma həm də sevindim. Çünki Vaqif Əlisoy Azərbaycantarixində, xüsusilə Qarabağ savaşında haqqı, yeri olan ziyalılarımızdanbiridir. Və Qarabağ bölgəsində də kifayət qədər tanınmış şəxsdir. Sadəcə olaraqo, özünü gözdən kənarda tutmağa həmişə üstünlük verib. Görünür, yolumuzun kəsişməsibir tale yazısı imiş. Və biz 20 ildən artıq çəkən ayrılıqdan sonra "Ədalət"dəyenidən qarşılaşdıq. Bu qarşılaşmanı xatirələri çözən bir söhbətə çevirdik...

- Vaqif müəllim, Sizi tanıyanlar bilir ki, həyatınız çox burulğanlardan keçib. Şəxsən mənim Sizə olan münasibətim də bir-birimizə çoxyaxşı məlumdu. İstərdim ki, VaqifƏlisoyu "Ədalətin"oxucularına özünüz təqdim edəsiniz...

- 1954-cü il oktyabr ayının 1-də Qubadlırayonunda anadan olmuşam. Atam Cəbrayıldan,anam isə Qubadlıdandı. Ailə vəziyyəti ilə əlaqədar olaraq 1955-ci ildə Cəbrayılrayonuna köçmüşük. Orta məktəbi də Cəbrayılda fərqlənmə ilə bitirmişəm.

- Siz burda mənimüçün bir sirr də açdınız. Siz özünüzü Cəbrayılda elə sevdirmisiniz, elətanıtmısınız ki, Qubadlıya bağlılığınızı heç kim bu günə qədər mənəxatırlatmayıb.

- 1972-ci ildəAzərbaycan Pedaqoji Universitetinə filologiya fakültəsinə daxil olmuşam.1976-cı ildə isə oranı bitirmişəm. Həmin illərdə Milli TələbəTəşkilatında fəaliyyət göstərmişəm.Rəhmətlik Əbülfəz Elçibəylə şəxsitanışlığım həmin dövrə təsadüf edir.Tofiq Hacıyev, Vaqif Bayatılı vasitəsilə gizli hərəkata qoşulmuşam.İnstitutu bitirəndən sonra könüllüolaraq Kəlbəcər rayonuna təyinat almışam və 1979-cu ilə qədər Kəlbəcərrayonunun Qaramançallı kənd orta məktəbində fəaliyyət göstərmişəm. Təyinat müddəti bitəndən sonra doğma rayonumaqayıtmışam. Bir müddət kəndlərdə müəllimlik etmişəm. 1989-cu ildən Cəbrayılrayon Təhsil Şöbəsində inspektor-metodist işləmişəm. Həmini illərdə də ermənilərin ərazi iddiaları baş qaldırdı və mən də müəllimliksənətimi bir kənara qoyub Azərbaycanın qeyrətli oğlanlarını başıma yığıb ermənilərəqarşı döyüşlərdə iştirak etmişəm.

- Oxucunuyormamaq üçün mən istəyirəm söhbətimiz bir az rəngarəng olsun. Şəxsən mənsizi Kəlbəcərdə, Cəbrayılda müəllim kimi tanımamışam. Sizi ilk dəfə görmüşəm CəbrayılTəhsil Şöbəsində. Onda Qorxmaz müəllim təhsilşöbəsinin müdiri idi. O da yazı-pozuadamı olduğu üçün Qorxmaz müəllimlə dostluq münasibətim var idi. Və sizi də mənə o təqdim etdi. O təqdimatıniçərisində mən gördüm ki, siz təhsil işçisindən daha çox siyasi fəalsız. Deməli, o siyasi fəallığın kökü gizli hərəkatagedib çıxır. Bəs o qədər vaxtda onu necəgizləyib saxlamışdınız içinizdə?

- Həmin müddətdəüçlük yaranmışdı. Digərlərini tanımırdım. Amma biz fəaliyyətimizi gizli şəkildəqururduq. Çünki Elçibəy həbs olunandan sonratəşkilatda müəyyən durğunluq yaranmışdı. Buna baxmayaraq, şairlərimizin,yazıçılarımızın gizlin şəkildə təbliğat işlərini aparırdıq. Amma aktiv fəaliyyətimizhərəkatdan başladı. Siz səhv eləmirəmsə onda Xocavəndin icra hakimiyyətininnümayəndəsi Niyaz müəllim ilə gəlmişdiniz.Siz gəldiyiniz dövrdə Hadrudrayonunun 13 kəndini erməni separatçılarından təmizlənmişdi. Rəhmətlik Rəşid Məmmədovunrəhbərliyi ilə həmin ərazilərə nəzarət edirdik.


- Siz ondaziyalı batalyonunda həm də komandir idiniz?

- Yox. Mən CəbrayılAlayının təşkilində, Ziyalı batalyonunun təşkilində, formalaşmasında,silah-sursatla təmin olunmasında aktivolmuşam. Ancaq peşəkar zabit , peşəkar hərbçiolmadığıma görə, həm alayda, həm də ziyalı batalyonunda sıravi döyüşçü kimiiştirak etmişəm.

-Mənim yadıma bir hadisə düşür. Həmin vaxtlarda döyüş yerlərinə Bakıdan paylar,bağlamalar gəlirdi. Gətirən adamlarında bir qismi televiziya operatoru da gətirirdi özlərinireklam etmək üçün. Siz də bu hallaraetiraz olaraq demişdiiniz ki, bir qutusiqaret gətirib bununla özlərini reklam eləyirlər.

-Tamamilə doğru deyirsiniz. Rəşid müəllimin kabinetində olub bu söhbət. Həmin dövrdə müxtəlif bölgələrdən paylargəlirdi. İndi fəaliyyət göstərdiyim 281 saylı məktəbdən şagirdlər yun corab göndərmişdilər. Bir məktəbli qız da beş ədəd "Avrora" siqaretigöndərmişdi ki, mənim gücüm buna çatır. Belə yardımlar çox olurdu. Biz kimin nəməqsədlə gəldiyini çox gözəl anlayırdıq. Ona görə də biz özümüz onlarınqarşısını alırdıq.

- Sizin üçün Cəbrayılınsiyasi mübarizənin önünə çıxması ən çox nədən qaynaqlanırdı. Araza yaxınolmağındanmı, yoxsa Qarabağın ən axırıncı sərhədi olmağındanmı. Nədən bura dahaçox diqqətini çəkdi?

- Cəbrayıl İranlahəmsərhəddir və məşhur Xudafərin körpüsü Cəbrayıl rayonunun ərazisindədir. Bizməktəb vaxtları pambıq yığımına gedəndə o taya həsrətlə baxırdıq. Orda çəkilənməftillər, Sovet əsgərlərinin bizə ora getməyə imkan verməməsindən bu sual məndəyarandı ki, niyə bu məftillər çəkiməldir? Bu məni həmişə düşündürürdü. Ali məktəbədaxil olandan sonra, ictimai proseslər, görkəmli Azərbaycan ziyalıları ilətanışlığımdan sonra hər şeyi anlamağa başladım. Mən APİ-də oxuya-oxuya BəxtiyarVahabzadənin universitetdəki dərslərində gedib iştirak edirdim."Gülüstan" poemasını vərəqlərə köçürüb müxtəlif institutlar arasındayayırdıq. Bu sualların cavabını mən orda tapdım. Şəxsiyyətlərlə - Xudu Məmmədovla,Ağdamdan Zeynal müəllim vardı onunla tanışlığım. .. Bunlar mənim həyatımda çoxböyük rol oynadı və düşünmədən bu hərəkata qoşuldum. Eyni zamanda mənimbabalarım da müsavatçı olub. Cavad babam Məmməd Əmin Rəsulzadə ilə yaxınsilahdaş olub. Təqribən bunların hamısını mən bilirdim. Məktəbdə təlimsilahları, tir silahları, demək olar ki, bütün silahlar əllərimizdən alınmışdı.Artıq gördük ki, ermənilər qarşısına başqa cür çıxmaq mümkün deyil və başladıqözümüz silahlanmağa. Məsələn, Sovet hərbi hissələrinə, sərhəd bazalarınabasqınlarla silah əldə edirdik. Və İlk dəfə olaraq 1990-cı il yanvar ayında Cəbrayıladesant qrupu atıldı. Həmin desant qrupunubiz tərkisilah elədik.Özü də camaatın gücü ilə. Onların komandirlərinidindirəndə bizə çox dəqiq məlumat verdilər ki, Bakıda qırğıngözlənilir. Rəşid müəllim öz xəttilə, biz öz xəttimizlə məlumatı Bakıyaçatdırdıq. Və bildiyiniz kimi həminhadisələr baş verdi. Fevral ayında da sovet ordusunun hərbi hissələri Cəbrayılıişğal elədilər. Mən və mənimlə bərabər iki müəllim yoldaşımı həbs edibRusiyanın Rastov şəhərinə göndərdilər.


- Yaşadıqlarınıza görəindi peşman deyilsiniz ki?

-Xeyr. Heç vaxt peşman olmamışam. Sadəcə olaraq mən bunu kitabımda da qeyd etmişəm.Neçə-neçə girovlarımız olub, qızlarımızı, gəlinlərimizi əsir götürmüşdülər.Onların azad edilməsin də iştirakımı olduğu kimi yazdım. Düşündüm və kibunları yazdım ki, gələcək nəsillər bütün bunlardan xəbərdar olsunlar.İlham İsmayıl mənim bu kitabım haqqında gözəl məqalə çap etdirib sizin qəzetdə.Əgər yenidəndoğulsaydım, yenən bu yolu gedərdim. 1993-cü ildən sonra mən yenidən məktəbəqayıtdım. Həmin dövrlərdə müxtəlif vəzifələr də təklif olundu. Amma mən məktəbə qayıtdım ki, heçolmasa milli ruhda vətənpərvər gənclər yetişdirim. Bu kitabı mən göz yaşı iləyazmışam. Və düşünmürdüm ki, kitab bu qədər oxucu marağına səbəb olar, diqqətiçəkər. Hətta Təhsil Nazirliyindən də tövsiyə olunub ki, kitabın bir neçəepizodları məktəblərdə yayılsın, təbliğ olunsun. Kinorejissorlarla danışıqlargedir ki, film çəkilsin.

- Bilirsiniz, mənbu sualı elə-belə vermədim. Adamlar var ki, sonrakı həyatlarındaqarşılaşdıqları problemlər, haqsızlıqlar onları sual qarşısında qoyur. Bunu niyəetdim? Gərək idimi? Şəxsən mən o ağrı-acını keçib beş dəfə qaçqın həyatınıyaşayıb bu günümdə hansısa bir məmurunun tutduğu mövqeyə görə çəkdikləriməöz-özümə deyirəm ki, mən niyə getdim o güllənin altına.

- Əbülfət müəllim,dəfələrlə mən də öz-özümə sual vermişəm. İnsan tək qalanda özünün məni iləsorğu-sual edir . Adi bir epizodu deyim ki. bizi Rusiyadan yenidən Azərbaycanaqaytaranda general Safonovla mənim görüşüm olub. O belə bir ifadə işlətdiki, gedin ağlınızı yığın başınıza. Mən dədedim ki, xeyr biz qan bahasına da olsa o azadlığı qazanacağıq. Dediqazanacaqsınız, ya qırılacaqsınız, ya da türmələrdə olacaqsınız. Mən bunu Rəşidmüəllim də danışdım. Cəbrayıl işğal olunan an bizə köməyə gəlinmişdi Bakıpolisindən 100 nəfər. Onların da komandiri Əlikram Daşdəmirov idi. Sonra Nəsimirayon polis idarəsinin rəisi oldu.


Döyüş vaxtı binokulu verib dedim ki, qabaqdakı tankınüstündəkinə bax. Və qeyd etdim ki, bizimüstümüzə gələn ermənilər deyil, ruslardı. Mənim qucağım da Samir adlı cavanoğlan şəhid oldu. O can verəndə dedi ki, məni ölməyə qoyma, mən hələ ermənilərdənqisasımı almamışam. Döyüş bölgəsində yaşayan hər bir adam qəhrəmandı. Oqradın,topun, tüfəngin qarşısında dişi-dırnağı ilə qazandıqlarını qoyub gəldilər... və burda özlərinə yenidən həyat qurmağıbacardılar. Mən millətçi adam olmuşam. Bunu da mənə bayaq adlarını çəkdiyimziyalılarımız aşılayıblar. Qarabağ torpağında Azərbaycandakı ernik qruplarınqeyrətli oğlanları şəhid olub. Mənimlə birgə tatı da, ləzgisi də, talışı da birsəngərdə döyüşüb.

- Torpaqhamınındı...

- Bəli. Mən dəfələrləermənilərlə danışığa getmişəm özü də silahsız. Və onların qarşısında necəlazımdısa sözümü deməyi bacarmışam.

- Vaqif müəllim, yəqin siz xatırlayırsınız rəhmətlikAllahverdi Bağırovu.

-Çox yaxın dostlarımdan biri olub. Allahevrdi Bağırovla mən 1970-ci ildə tanışolmuşam. Ağdamın "Şəfəq" komandası vardı. Finaldaoynayırdıq. "Qızıl sünbül" kuboku uğrunda. Mən onda bilmirdim ki,Allahverdinin bir tərəfi Qubadlıdandı.Oyundan sonra tanış olduq. Ondan sonra Allahverdi şəhid olan günə qədərbiz dostluq eləmişik, çörək kəsmişik. Allah qəni-qəni rəhmət eləsin.

- Ona görə deyirəmki, həmin vaxtlarda rəhmətlik Allahverdiilə , eləcə də sizinlə bağlı bölgədə söz gəzirdi ki, onlar meyid alveri edirlər,girovlardan pul götürürlər. Bu proses bir juranlist kimi, bir söz adamı kimi mənimgözümün qabağında gedib. Baxırdım bu haqsızlığa və fikirləşirdim ki, buinsanlar nə qədər özlərini unudurlar ki, sənin əzizinin meyidini alır, verir, səninəzizini xilas edir, sən onu alverçisayırsan, sən onu bu cür ləkələyirsən... Baxbu münasibət sizi bezdirmədimi,yormadı ki?

- Sizə bir şeydeyim. O vaxt mənim haqqımda yayılanşaiyələr haqqında rəhmətlik Heydər Əliyevə də məlumatlar verilmişdi. 18avqustda Heydər Əliyevin şəxsən özü ilə telefonla danışmışam və real durumu izah etmişəm.


Cəbrayıl getsə,Qubadlı , Zəngilan mühasirədə qalacaq. O da mənə dedi ki, mən sənin haqqındaeşitmişəm, narahat olma. Sonradan elə bir məlumat verdilər ki, avqustun 21-də Milli Məclisdə mənim haqqımdaçox kəskin ifadələr işlətdi . Surət Hüseynovla da mənim münasibətim olub.Yaponun vasitəsilə Füzulidə çevrilişetdi. Cəbrayıla da girmək istədi, amma biz onları tərkisilah etdik .Dedmi ki,burda 20-yə yaxın gəncəli uşaq şəhid olub. Onların hələ qanı qurumayıb. Gəl bu ermənilərdənqisasımızı alaq, sonra davam edərik. Bu da mənmi arxamca adam göndərmişdi. Polis rəisimiz Vaqif Məhərrəmov bundan xəbərtutmuşdu və mənə dedi ki, burdan çıx. Dedim nəyə görə, torpağımız işğal olunur.Dedi mən sənə deyirəm burdan çıx. Burda Sürətin adamları hadisə törədəcəklər,yenə günah qalacaq sizin üstünüzdə. Mən məcbur olub ordan çıxdım. Novxanıdabağda televizora qulaq asırdım. O vaxt Namiq Abbasov MTN-nin birinci müaviniidi. Dedi ki Cəbrayılda meyid alveri edənadam həbs olunub. Hal-hazırda Qobustan həbsxanasındadı. Məni gülmək tutdu. Qardaşıma dedim mənonunla danışacam. Dedi səni tutacaq.Dedim tuturlar tutsunlar, mən bu ləkəni üstümə götürə bilmərəm. Şəhərə gəlibtelefonlar zəng etdim. Dedi kimdi? Dedim Vaqif Əlisoydu. Dedi hardasan? Məndəsaata baxıram. Dedim üç dəqiqə tamam olsun ona sözümü deyim. Bəlkə siz də ovaxt eşitmiş olarsınız. Füzulidə toyda bəylə gəlini ermənilər girov götürmüşdülər.O vaxt Namiq müəllim mənə zəng vurub dedi ki, namus-qeyrət əldən gedib. Mütləqo adamlar azad olunmalıdı. Mən bütünqüvvəmlə onları azad olunmasında yaxından iştirak etdim və bunu telefonda Namiqmüəllimə xatırlatdım. Dedim siz də bilirsiniz nə qədər insanın azad olumasındamənim işitarkım olub. Adları da, ünvanları da var. Çağırın onlardansoruşun, əgər onlar mənə nəsə veriblərsə,məni güllələyin. Dedi görüşərik. Ordan gəldim "Səhər" qəzetində ŞakirYaqubovun yanına. Mən orda da müsahibə verdim . Cəbrayıl işğal olunanda onunvasitəsilə müəyyən dövlət adamları ilə əlaqə saxlamışdım. Amma indi mənim haqqımda şaiyələr yayılıb. Təsəvvürünüzəgətirin ki,19 96-cı ildə Namiq Abbasov mənə minnətdarlıq etdi. 52 nəfər KəlbəcərinKilsəli kəndində Tunel yolunda girov düşmüşdülər. Mən Edikadlı Tuğlu erməninin əlilə onların dəqiq ünvanını aldım ki, ermənilər buadamları harda saxlayırlar. Onu da məxfi şəkildə Namiq Abbasova göndərdim. Məneyni zamanda Cəbrayılda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədarDövlət Komissiyasının sədri idim.Bu xətləöyrəndim ki , onların 51nəfərini azad eləmişdilər. Şəxsən mənə dövlət tərəifndəntəşəkkür elan olunmuşdu. Yaxşı, bu qədər işin qabağında bu ləkə nə idi?Allahıma çox şükürlər edirəm ki, sonradan dəqiq məlumatlar Heydər Əliyevin şəxsənözünə çatdırıldı və mənim haqqımda çox müsbət fikir yarandı, məniittihamlardan, təzyiqlərdən qorudu. Və Heydər Əliyevin mənim haqqımda olan müsbətrəyindən sonra mən məktəbimə qayıtdım. Hal-hazırda öz fəaliyyətimi davametdirirəm.

... VaqifƏlisoyla xeyli dərdləşdik. Onun dediklərinin yaddaşıma köçmüş hissəsini sizə təqdimedərkən bir ona sevindim ki, Vaqif müəllim xatirələrini kitaba çevirib.Maraqlanan hər kəs o kitabı əldə edib, etdiyimiz söhbətin bütün təfərrüatlarınıorada oxuya bilər.

Söhbəti qələməaldı: Sübhan MAHMUDOV