06 Dekabr 2023 10:19
1112
ƏDƏBİYYAT

 QƏLBIMDƏN QOPAN SÖZÜM - Qalib Şəfahət yazır

 və ya  İnqilab İsaq yaracılığına baxış.

İnqilab İsaqın şeirləri çox səmimidir. Dili sadədir. Sözlər misralardakı yerində titrəmir, əsmir. Bütün şeirlərində özüdür, özünü ifadə edir. Ona görə qəlbə tez yol tapır,ürəyə yatımlı olur.

 

Canımı mürgüdən xilas eyləyib,

Axır ki, özümlə başladı davam.

İndi kölgələri elə qovmuşam,

Köhnəlmiş bir evə köklənib havam.

 

Şairin davası da, savaşı da elə özü ilədir. Özü ilə dalaşa-dalaşa, vuruşa-vuruşa  seir-sənət zirvəsinə qalxıb. O zirvədən keçmişə boylanır, gələcəyə addımlayır.

İnqilab İsaqın şeirləri hayqırmır, pıçıltı ilə danışır. Pıçıltı ilə danışan şeirlər  adətən qəlbdən süzülüb gələn şeirlər olur. Içinin içinə vara bilir İnqılab İsaq.

Bir şeydə deyim, bu ondan irəli gəli ki, onun müşahidəvə mülahizə qabilliyəti çox yüksəkdir. O, yanından keçən, gözünə dəyən hər bir sözü qəlbin süzgəncindən keçirib şeir dilinə çevirə bilir.Bu yerdə Kanfutsenin bir sözü yada düşür. “İnsanın daxili aləmi onun xarakterini və həyat fəaliyyətini tənzim edir”.

Mən müşahidə eləmişəm, İnqilab İsaq darıxanşairdir, amma  darıxmağı özünə nə yük edir, nə də giley, güzar etməyi sevir. Dərdin məlhəmini elə dərdin özündə tapır. “Darıxma” şeirində deyildiyi kimi.

 

Məni darıxmağa qoymaz bu dünya,

Könül davasında durmaz boş-bekar.

Söz atar buluda, göz dikər aya,

Zalımın balası fağır, davakar.

 

Mən aləmimdə bu bir yaşam tərzidir. Qəlbindəki seviginin axtarışıdır, onu arxasınca qaçmaqdır. Bu şeirdə o axtarışı və tapıntını görə bilirik.

 

Səni xoşbəxt eyləyən

Dərdlərin keçib başa?

Məni oyaq saxlayan

Yaşa, əzabım, yaşa!

 

Insan ovqatı,duyguları, düşüncələri həmiş eyni olmur. Inciklik , küsülülük də, barışmaq da,nikbin və bədbin əhval rühiyyədə olur. İnsan ruhu həmişə ovqata sökənir. Hər ovqatdan özünə məxsus şeir süzülür, yaranır. QƏLBIMDƏN QOPAN SÖZÜM şeirində deyir ki,..

Qəlbimdən qopan sözüm
Daha gözümdən düşür.
Mürəkkəbim-göz yaşım,
Dərdlə sözümdən düşür.


Söz qəlbə, ruha məlhəm olan kimi, bəzəndə, şairin dediyi kimi, qəlbdən süzülən sözün gözdən düşən vaxtı da olur. Söz dərdlə yüklü olanda onun ağırlığı, çəkisi,tutumu başqadır.  Ürəkləri riqqətə gətirir.
Dərd, azar, kədər, qəm insana ən doğma olan hisslərdir. Onlar insana kənardan verilmir, insanın öz içindən boy atır.

 

Ağrıma əlacı özüm bilirəm,

Çox sirrin önündə dilsizdi adam.

Yaşadım, heç kimə gücüm çatmadı

Bu sakit ömrümün davakarıyam.

 

Dərdi də özü tapır, dərmanınıda. Öz canı, qanı, şairin özünə məlhəmdir, dəvadır.

İnqilab İsaqın lirik qəhrəmanı nə yerdə, nə də göydə qərar tuta bilmir. Yerlə göy arasındakı fəzada özünə məkan seçir.

Onun şeirləri təbiət gözəlliyinin tərənnümüdür. Yeri tərənnüm edən göyün şeiridi. Belə desək İnqilab İsaq ruh şairidir. Onun şeirləri kainatın, insanların, gülün, çiçəyin ruhunu özündə daşıyır. Onu şeirlərinin bu keyfiyyəti başqalarından fərqləndirir. Düşünürsən ki, ancaq  bu şeiri İnqilab İsaq yaza bilər. Bu ona məxsusdur.

 

Arzu qızmarında üşüdüm axı,

Neyləyim nağılım işıq tapmadı…

Qəlbimi odlara bükən sevdanın,

Utancaq, həm də ki, gizlindi adı…

 

  • Şeirlərini diqqətlə oxuduqca qarşımızda özünə inanan, sevgisinə əmin bir ürək sahibini görürük. Özünü məhəbbətdə Məcnundan dəli, Fərhaddan qətiyyətli hesab edən və oxucunu buna inandıran şairdir. O, elə həmin qətiyyətlə də əgər “sözüm yalandırsa deməli heç yaranmamışam, yoxam, yalanam” deyə öz “daxili aləmini mən”ini üzə çıxarır... və özünü sübut edirki, mən varam, həmişə olacam.

İnqilab İsaqın şeirləri sevgi ilə dop-doludur. Sevgi həm də dəniz kimidir, onun fırtınası, sunamisi, daşıb sahilləri aşması, ölümü öldürməyi var. O da su kimi güclüdür, təlatümlüdür, dəlisovdur, təhlükəlidir... Dənizin qəhrini, əzab və ağrısını sahil çəkdiyi kimi, burda da şair  elə sahil kimi sədaqətlə şeirin fırtına və təlatümünü qarşılamağa hazırdır...

 

Sən çoxdan ağlına inanmayırsan,

Könüllə görüşə oyaqsan ancaq.

Yadından çıxmayıb təbəssümünlə,

Səhər saatına yolları qoşmaq.

 

  “Məhəbbətin gözü kor, qulağı kar olur”, - deyirlər. Sevənlər ağlı, düşüncəsi ilə deyil, qəlbin gözü ilə görür, duyur.

Şeir həm də təkliyə, göz və baxışlardan uzağa çəkilib yazılan sevgi məktubuna bənzəyir. İnqilab İsaq tənhalığını sevir, tənhalığını qoruyur. O, bilir ki, özü olması, yaratdığı şeirləri, dünyaya fərqli baxışı… məhz tənhalığının bəhrəsidir.

 

Hamıya gedib çatsam,
Tənhalığım puç olar,

 

 Ona görə də hamıya çatmaq, hamıyla bir sırada durmaq istəmir, tənhalığını puç etməkdən çəkinir şair.

Yurd həsrəti, vətən təəssüfkeşliyi İnqılab İsaq yaradıcılığında bir ana xətt kimi önə çıxır. Vaxtı ilə erməni qəsibkarlarının torpaqlarımızı işğal etməsi, onun gəlbini sızlatmaya bilməzdi.  Bir müsəlləh  əsgər kimi qələmi ilə cəngə çıxır. Ağrı-acılarımızı özünə məxsus tərzdə ifadə edir. Kəlbəcərli qələm dostu Surxay Məhəmməd oğluna yazdığı şeirdə,

 

Surxay kişi, Kəlbəcərə,

Getsək, nolar qoşa gedək.

Elə yaman gündəyəm ki…

Nə vaxtacan huşa gedək?

 

Dəlidağa diz çökməsək,

Dağlar bizə yol verərmi?

Bulaqlarla barışmasaq,

Ağlar, bizə yol verərmi?

 

Vətən qarşısında bir vaxtlar özümüzü gücsüz hiss etdiyimiz vaxtda, acizliyimizi, yurda hərsət qalmağımızı, zamana ehtiac duydugumuz  bir zamanda ərsəyə gəlib bu şeir. İndi ürəklə deyə bilərəm ki, İnqilab İsaq gözünüz aydın, yurd həsrətli, vətən nissgilli şeirlər yazılmaycaq. İgidlərmizin şücayətindən, ərənlərmizin qəhrəmanlığından yazılcaq. Yazıb yaratmaq üçün qələmin həmişə iti, sözün kəsərli olsun.

Şeirlərini qəlbin süzgəncindən keçirdikcə görürsən ki, onun şerləri yaşlanmır, qocalmlr, həmişə gənc qalır. Bu onun daxili aləmidir. 70 yaşlı şairmiz bu yaşda da gənclik ehtirası ilə yazıb-yaradır. Çünki, qəlbi təmizdir, ürəyi safdır. O qaranlığı söymür, şam yandırır.