Qəbul imtahanlarının 2-ci cəhdində bu qədər şagird iştirak edəcək
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 17 iyun saat 23:59-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən Adalet.az-a verilən xəbərə görə, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.
12 iyun saat 09:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 11178, II ixtisas qrupu üzrə 10420, III ixtisas qrupu üzrə 12043, IV istisas qrupu üzrə isə 3253 abituriyent qeydiyyatdan keçib.
İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçən abituriyentlər iştirak edə bilərlər.
Digər Xəbərlər
24 Fevral 2026 15:11
Nazir yüksək dövlət mükafatlarını sahiblərinə təqdim etdi - FOTOLAR
24 Fevral 2026 14:37
Azərbaycan Universitetində “Süni zəka” mövzusunda təlim
24 Fevral 2026 11:52
Şagirdlər üçün süni intellekt əsaslı köməkçi olacaq
24 Fevral 2026 11:39
Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək
24 Fevral 2026 10:24
Azərbaycanlı şagird 82 min dollarlıq təqaüd qazandı
23 Fevral 2026 13:10
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirdi
23 Fevral 2026 10:22
Bu şəxslər üçün peşə tanınması imtahanı keçiriləcək
20 Fevral 2026 18:20


Bakı -°C

