adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 May 2019 09:17
30506
İDMAN

«QƏBƏLƏ»YƏ QƏLƏBƏ YARAŞIR! TƏBRİKLƏR!

Sənan Qurbanov vəonun yetirmələri Nuh peyğəmbərin ayaq basdığı müqəddəs torpaqda Azərbaycan Kubokunu başlarıüzərinə qaldırdılar. Və Avropaya gedən yolların qapısını təpiklə vurub açdılar. Gözəl oyun oldu.«Sumqayıt» da Kuboka layiq idi, amma bu «Qəbələ»nin haqqı idi. Üç dəfə finalda Kubokuəldən vermişdi, yəni «Qəbələ» bu Kuboka təşnə idi. Futbolçularhəm öz təşnələrini yatırtdılar, həm də fanatlarının ürəklərinə və bütün «Qəbələ»sevərlərin ürəklərinə elə Qəbələnin buz bulaqlarının suyunusəpdilər.

«Qəbələ» Avropa Kuboklarına da təşnədi. İnşallah, o təşnənidə söndürərlər və bir gün UEFA-nın KubokunuQəbələyə gətirərlər.

Fariz Nəcəfov başda olmaqlaSənan Qurbanovu və bütün futbolçuları bu qələbə münasibətilə ürəkdən təbrik edirvə bundan sonra həm Azərbaycan çempionatında, həm də Avropada dahaböyük uğurlar arzulayırıq.

Komanda sözünün üstündə durduvə Azərbaycan Kubokunu Tale Heydərova hədiyyə etdi.

Hörmətlə: Aqil ABBAS