adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Fevral 2018 16:04
8370
HADİSƏ

Qəbələdə istirahət mərkəzində yanğın olub

Qəbələ rayonunun Vəndam qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 126 m2 olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

FHN-dən Adalet.az-a verilən məlumata görə, yanğın zamanı iki məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb, istirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.