adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
31 May 2020 10:40
7907
HADİSƏ

Qəbələdə bir uşaq və heyvan sürüsü bataqlıqda köməksiz vəziyyətdə qalıb

Qəbələdə azyaşlı və heyvan sürüsü bataqlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlının və heyvan sürüsünün (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək