adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Fevral 2023 13:38
1176
ELM VƏ TƏHSİL

Qəbələ şəhər 3 saylı məktəbdə Xocalı soyqırımının 31 illiyinə həsr olunmuşTƏDBİR 

Bu gün – 24 fevralda Qəbələ şəhər 3 saylı məktəbin 4 A sinfinin şagirdləri  Xocalı faciəsinin 31-cı il dönümünə həsr olunmuş tədbir keçiriiblər.

Adalet.az
xəbər verir ki, tədbirin təşəbbüskarı və təşkilatçılıq işi valideyn, eyni zamanda həmkarımız Aybəniz İlqara məxsusdur. Xocalı soyqırımınn səhnələşdirilmiş tədbirində məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Aybəniz xanımın saytımıza verdiyi məlumata görə, tədbirdə rayon təhsil şöbəsinin bütün rəhbərliyi də iştirak edib:” Tədbirdə Xocalı soyqırımı Azəbaycan həm türk dilləri ilə yanaşı, franslz, alman, rus və ingilis dillərində səsləndirilib. Bundan başqa Azərbaycanda ilk dəfə olaraq Xocalı soyqırımı balaca dostlarımız tərəfindən erməni dilində də söylənilib. Ana heykəlinin önünə hərbi geyimdə əklil qoyan şagirdlər tədbiri hərbi qaydada davam etdiriblər.  Hərbi geyimli şagirdlər televiziya vasitəsi ilə  Ali Baş Komandan  İlham Əliyevə məruzə etdilər. Tədbirin başlanması, səhnəciklər, musiqili kompazisiya tədbirdə iştirak edənləri kövrəltdi. Hər kəs 1992-ci ildə xalqımızın iradəsini sındırmağı hədəf seçmiş erməni  cəlladlarının vəhşiliyini yada salaraq, təsirləndi. Tədbirdə çıxış edən  müəllimlər bildirdilər ki, o ləkəni alnımızdan silən Ali Baş Komandana və Azərbaycan ordusuna hər zaman borcluyuq.

Uşaq və yeniyetmələrdə vətənpərvərlik hissinin yüksək inşafı məhz belə təsiredici tədbirlərdən qaynaqlanır. Tədbirdə əsl döyüşçü kimi hərəkət etməyə, ciddi olmağa, addımları Azərbaycan ordusunun əsgəri kimi atmağa çalışan 4-cülər hər kəsdə çox xoş təəssürat yaratdı. 

Daha sonra balaca xüsusi təyinatlılar XOCALI AZƏRBAYCANDIR! QARABAĞ AZƏRBAYCANDIR! İRƏVAN AZƏRBAYCANDIR! ZƏNGƏZUR AZƏRBAYCANDIR! ZƏNCAN AZƏRBAYCANDIR! TƏBRİZ AZƏRBAYCANDIR! - deyə hayqırmışlar. "Mənim Vətənim İrəvandan Xəzər dənizinə, Zəncandan Dərbəndə qədərdir" deyən kiçik bordo bərəlimiz Ayan "Yaşasın bütöv Azərbaycan və nida işarəsi!" söyləyərək tədbiri başa çatdırdıq".

Yeri gəlmişkən qeyd edək ki, jurnalist Aybəniz İlqarın qardaşı İlqar Millət oğlu Həsənov I Qarabağ müharibəsində şəhid olub.


Qeyd edək ki, tədbirin sonunda bir daha bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-ci motoatıcı alayının iştirakı ilə birlikdə Xocalı şəhərini işğal edərək, Azərbaycan xalqına qarşı soyqırımı hadisəsi həyata keçirib.

Əntiqə Rəşid