adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Avqust 2019 12:16
8009
HADİSƏ

Qəbələ, Qusar və Ağsuda meşə yanğınları tam söndürülüb

Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ, Qusar və Ağsu rayonlarında meşə zonalarında baş verən yanğınlarla bağlı məlumat yayıb.

FHN-dən Adalet.az-a verilən məlumata görə, Qəbələ rayonunun Solquca, İsmayıllı rayonunun Pirəbülqasım, Qusar rayonunun Cibir, Bərdə rayonunun Cumalar, Ağsu rayonunun Kəndaxan kəndləri ərazilərində meşə və meşəətrafı zonalarda baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.