adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Iyul 2015 16:20
1778
HADİSƏ

Qazaxda ev yanıb

Qazaxda yaşayış evi yanıb.

Adalet.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində Arif Çarçıyevə məxsus evdə baş verib. Yanğının şiddətləndiyini görən qonşular əraziyə Qazax Yanğından Mühafizə Hissəsinin əməkdaşlarını çağrıblar.

Yanğın baş verən zaman evdə sahiblərindən heç kim olmayıb.

Güclü alov zamanı ümumi sahəsi 140 kv.m olan birmərtəbəli, 4 otaqlı evin 110 kv.m sahəsində yanar konstruksiyalar və ev əşyaları yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə edilib.

İlkin ehtimala görə, yanğına qısqapanma səbəb olub.