adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Avqust 2017 19:11
26151
KRİMİNAL

Qazaxda 19 yaşlı oğlanın meyiti tapılıb

Qazax rayonunda 19 yaşlı oğlanın meyiti tapılıb.

APA-nın qərb bürosunun xəbərinə görə, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Murad Muradovun meyiti Qazax şəhəri ərazisində, Ağstafaçayın kənarında aşkarlanıb.

Onun hansı səbəbdən öldüyü məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.