Qazax sakinində silah aşkarlanıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş, 40 yaşlı Elmir Qocayev rayon ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “TT” tipli tapança,və həmin tapançaya məxsus 2 ədəd atəşə yararlı patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02