adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Oktyabr 2021 10:31
2044
KRİMİNAL

Qazax sakinində narkotik aşkarlandı: “Heroin”, “metamfetim” “marixuana”

Qazax sakinində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Sərxan Əhmədovun yaşadığı evə baxış keçirilən zaman oradan narkotik maddə olan “heroin”, “metamfetim” “marixuana”, müxtəlif şprislər aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.