22 May 2020 10:35
27205
ŞOU-BİZNES

“Qaynaq” saçlı Səidəyə izləyicilərindən maraqlı rəylər: “Saçını...”

Tanınmış və qalmaqalları iləyadda qalan müğənni Səidə Sultan sosial şəbəkə hesabında yeni fotosunupaylaşıb.


Adalet.azxəbərverir ki, saçlarını qaynaqla uzadan müğənninin yeni görünüşünü izləyicilər tərəfindənbəyənilib. Onlar "Səni hələ belə göyçək görməmişdim", "Çox gözəlsiz","Saçını həmişə uzun elə" kimi şərhlər yazıblar.

Səidə Sultan niyə ancaq görünüşuğrunda çarpışır? Bəs manhnı oxumaq?

Özünü müğənnihesab edib başını başlara qoşan Səidə Sultan səsi ilə sənəti ilə necə deyərlər ”tutuzdura”bilmədikdən sonra qalmaqalları ilə gündəmdə qalmağa cəhd edib və məhz bu səbəbləhər zaman gündəmdə qala bilib. Əvvəlcə onunla bağlı mediada yayılmış bir neçəqalmaqala diqqət edək:

S.Sultanın həmkarıElnarə Xəlilovaya "zövqsüz” deməsi əməlli- başlı bir insidentə səbəbolmuşdu. Elnarə cavabında Səidə Sultana musiqini şəxsən özü öyrətdiyini və onu"W-trio” qrupuna özü gətirdiyini dedi. Sonra isə Səidənin "Space”telekanalının "Əsl şou” verilişində aparıcılığa başlaması haqqında da buaçıqlamanı verdi: "Sonra deyirsiniz "Elnarə xanım, efirlərə niyəçıxmırsınız? Efirzibilxana olub. Milli Televiziya və Radio Şurası hara baxır?”.

Deməli, Səidə Sultan qalmaqalyaratdığı Elnarə Xəlilovadan nəsibini aldı.

Daha sonra Mehriban Xanlarova Səidə Sultanı məhkəməyə verməyədə hazırlaşdı.Mövzu Səidənin dogma nənəsi haqqında işlətdiyi nalayiq cümlələrə Mehribanxanımn təpkisi və qarşı tərəfin buna sərt reaksiyası olmuşdu. Burda da Səidəxeyli gündəmdə qaldı.



Maşın-şouverlişində Pərvin Abıyeva ilə insident yaşadıqdan və Pərvin onu "yerindəotuzdurduqdan” sonra Səidə yenə də özünə yığışmadı.

Son günlərisə xalq artisti Röya Ayxanı tənqid, təhqir etməkdən yorulmur. Guya Röya bununneçə ilə əvvəlki imicini oğurlayıb:"Mən şəkligötürüb paylaşdım. Yaxşı elədim. Qız məni "iqnor” elədi, sonra da dedi ki,"ayıb olsun”. Mənə niyə ayıb olur? Kimisə təhqir eləməmişəm, şərəfinətoxunmamışam. Vaxtında 80 dənə şeylər etmisiniz, heç onda sizə ayıb olmur?”

Maraqlıdır ki,az qala bir aydı Səidə həmkarı haqqında ağzına-ağlına nə gəldi danışmasına baxbayaraq, Xalq artisti Röya Ayxan bir dəfə də olsa ona cavab qaytarmadı və ümumiyyətləonun ittihamlarını heçə saydı. Bu isə Səidəni özündən daha da çıxartdı. Ammabunun əvəzində izləiciləri onu başqa bir mövzuda yerdən yerə çırpdılar.

Axır saçınıda uzatdı, yəqin Röya Ayxanın yaxasından düşər.

Əntiqə Rəşid