24 Iyun 2025 10:01
89
DÜNYA

Qayınatasının evində gizlənən iranlı nüvə alimi həlak olub

Bu gecə İsrailin İrana zərbələrindən sonra daha bir nüvə alimi həlak olub.

Adalet.az xəbər verir ki, bu haqda İran KİV məlumat yayıb.

Məlumata görə, doktor Saddiqi Sabirin qayınatasının evinə 3 İsrail mərmisi düşüb.

Bildirilir ki, o, bir neçə müddətdir ki, qayınatasının evində sığınırmış.

Məlumata görə, münaqişənin başladığı ilk gün onun 17 yaşlı oğlu da həlak olubmuş.