Qaxda 79 yaşlı kişi intihar edib
Qaxda 79 yaşlı kişi intihar edib.
Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Çinarlı kəndində baş verib.
Çinarlı kənd sakini, 1938-ci il təvəllüdlü Nəzirməmməd Mehdi oğlu Abdullayevin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə aşkar edilib.
Araşdırma zamanı 79 yaşlı N. Abdullayevin intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, gözdən əlil olan N. Abdullayev son zamanlar onkoloji xəstəlikdən əziyyət çəkirdi. Bu səbəbdən N. Abdullayev əvvəllər də bir neçə dəfə intihara cəhd edib.
Faktla bağlı Qax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Digər Xəbərlər
06 May 2024 10:21
Cinayətdə şübhəli bilinən 105 nəfər saxlanıldı
06 May 2024 09:49İcarəyə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər TUTULDULAR
04 May 2024 20:37Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28