adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 May 2019 17:37
18510
MƏMLƏKƏT

QAX: NƏ GÖZƏL DUYĞUDUR SEVİNC BƏXŞ ETMƏK...

(əvvəli ötənsayımızda)

Rüb ərzində məhsulistehsalçıları tərəfindən 730 hektar taxıl sahəsində taxıl böcəyinə qarşı, 4007hektar taxıl sahəsində dövlət vəsaitihesabına, 200 hektar sahədə məhsul istehsalçılarının vəsati hesabına alınmışpreparatlardan istifadə olunmaqla gəmiricilərəqarşı, 3270 hektar sahədə alaqlara, 4000 hektara yaxın sahədə isə "sarıpas" xəstəliyinə qarşı kimyəvimübarizə işi aparılmışdır.

Hesabat dövründərayon ərazisində ekoloji durumun yaxşılaşdırılması, florasının zənginləşdirilməsivə ətraf mühitin mühafizəsinin təmin olunması sahəsində məqsədyönlü tədbirlər davam etdirilərək ŞəkiRegional Meşə təsərrüfatı Mərkəzinin Qax Meşəbəyiliyi tərəfindən 5 hektar dövlətmeşə fondu torpaqlarında yeni fındıqbağları salınmışdır.

İlisu Dövlət TəbiətQoruğu tərəfindən Dövlət yasaqlığı ərazilərininvə xüsusi mühafizə olunan təbiət əraziləri ilə həmsərhəd ərazilərdə faunaelementlərinin qorunması və mühafizə rejiminə əməl olunması ilə bağlı tədbirlərdavam etdirilmişdir. Qoruğun illik fəaliyyət proqramına uyğun olaraq qoruqətrafıyaşayış məntəqələrində əhalinin ekoloji maarifləndirilməsi istiqamətində birsıra tədbirlər həyata keçirilmişdir. Gənc nəslin ekoloji maarifləndirilməsi məqsədiləQax şəhər 3 saylı, Qaxbaş kənd 1 və 2 saylı, Qaxingiloy, Çüdüllü və Ləkit tamorta məktəbərində ekoloji dərs proqramı saatları keçirilmiş, eləcə dəekskursiya və praktiki çöl dərsləri təşkil edilmişdir.

Hesabat dövründərayonda heyvandarlıq məhsulları istehsalının intensiv inkişaf etdirilməsinə zəminyaradan cins maldarlığın inkişafı və süni mayalandırmanın tətbiqinin daha dagenişləndirilməsi istiqamətində aparılan tədbirlər davam etdirilmişdir. Beləki, rüb ərzində 1256 baş inək-düyə yüksək məhsuldar törədici toxumlarla süni yolla mayalandırılmış, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 120baş çox olmuşdur. Süni yolla mayalandırılmış inək-düyələrdən 760 baş buzovalınmışdır. Hesabat dövründə süni mayalanma nəticəsində doğulmuş balalara görə mal sahiblərinə 23 minmanat məbləğində subsidiyanın verilməsi təmin olunmuşdur. Qoyunçuluqda dölkompaniyası müvəffəqiyyətlə başa çatmış, hər 100 ana qoyundan orta hesabla 95baş salamat quzu alınmışdır. Hesabat dövründə 5 özəl inkubasiyada 280 mindən yuxarı bir günlük çücəçıxarılaraq satışı təmin olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rüb ərzində ət istehsalı 2.7 ton artaraq560.4 tona, süd istehsalı 18.1 ton artaraq 2602.5 tona, yumurta istehsalı 16min ədəd artaraq 2 milyon 34 min ədədəçatmışdır.

Hesabat dövründətorpaqların su təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan təlabatınınyaxşılaşdırılması məqsədilə 108 min m3 həcmdə lildən təmizləmə, 12 ədədhidropost və 12 ədəd hidroqurğuda təmirişləri aparılmışdır.

Sel sularındanmühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə daşqın və selə qarşı 245min m3 məcratəmizləmə işləri aparılmış, 413 m3 qabion və 963 m3 daş-beton bəndlərdəsahilbərkitmə işlərinin aparılması üçün təmir işləri görülmüşdür.

"Əkin sahələrininsuvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan təlabatınınödənilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan RespublikasıPrezidentinin 12 fevral 2019-cu il tarixli 952 nömrəli Sərəncamına uyğun olaraqcari ildə rayonun 14 yaşayış məntəqəsində artezian quyularının qazılması nəzərdətutulmuşdur. Rüb ərzində rayonun Qazmalar, Almalı, Tanqıt, Qaysarlı, Qorağan,Şotavar, Zəyəm və Tasmalı kəndlərində artezian quyuları qazılmışdır. Digəryaşayış məntəqələrində də artezian quyularının qazılması üçün hazırda müvafiqişlər aparılır.

Yolların əsaslıtəmiri və abadlıq işləriningörülməsi ilə bağlı büdcədə nəzərdətutulmuş vəsait hesabına şəhərin M.Müşfiq küçəsi döngə-1, Babək,Şirvani, M.Hüseynzadə, H.Cavid, Bakıxanov, H.Tağıyeva, M.Əmirov və H.Aslanovküçələrində yol və səkilərin təmiri, Cəlayir kəndinin giriş yolunun əsaslı təmiri,H.Tağıyeva, M.Əmirov və H.Aslanov küçələrində isə abadlıq işlərinin aparılmasınəzərdə tutulmuşdur. Hesabat dövründə bu işlərin görülməsi üçün müvafiq sənədləşməişləri həyata keçirilmişdir.

Hesabat dövründəYevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi (96 km) - Qax-İlisuavtomobil yolunun yenidən qurulması işlərinə başlanılmış, işlər hazırda davametdirilir.

AzərbaycanRespublikası Prezidentinin 29 oktyabr 2018-ci il tarixli Sərəncamına uyğunolaraq Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərininmənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hesabat dövründə 48 mənzilliyaşayış binasının tikintisi ilə bağlı sənədləşmə işləri aparılmışdır. Ötən müddətmüddət ərzində binanın tikintisinə başlanılmış, işlər hazırda davam etdirilir.

Hesabat dövründəTasmalı və Əlibəyli kəndlərində tam orta məktəblərinin tikintisi, Qaxingiloy kənd19 saylı və Qum kənd 16 saylı körpələr evi-uşaq bağçalarının əsaslı təmiri işləridavam etdirilmişdir. Qaradolaq, Qarabaldır, Əmircan, Qapıçay, Çinarlı, Fıstıqlıvə Aşağı-Malax kəndlərində modul tipli məktəblərin tikintisində isə sontamamlama işləri aparılmışdır. Rüb ərzində Qax şəhərinin su və kanalizasiyasisteminin yenidən qurulması, Səfərbərlikvə Hərbi XidmətəÇağırış üzrə DövlətXidmətinin Qax rayon şöbəsinin inzibatibinasının tikintisi işləri davam etdirilmişdir.

Cari ilinbirinci rübü ərzində rayon icra hakimiyyəti tərəfindən 15 fərdi yaşayış evinin tikintisinə, 14 fərdi yaşayışevinin istismarına, eyni zamanda 2 sahibkarlıq obyektinin tikintisinə və 3sahibkarlıq obyektinin istismarına icazə verilmişdir. Hesabat dövründə Dövlət İmtahanMərkəzi tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX siniflərində buraxılış imtahanlarının birinci mərhələsi keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2019-cu iltarixli Sərəncamı ilə rayon Uşaq Gənclər İdman Şahmat Məktəbənin təlimatçısı vəməşqçisi Dilarə Əhmədova "Tərəqqi" medalı ilətəltif olunmuşdur.

Şəki şəhərindəkeçirilən fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda Qaxrayonundan 50 nəfəriştirak etmişdir. IX-XI sinifşagirdlərinin elmi potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən"Sabahın alimləri" müsabiqəsində rayon 3 layihə ilə təmsil olunmuşdur. Şəhər 5 nömrəli tamorta məktəbin XI sinif şagirdi "Nistaqmoskop" layihəsi ilə müsabiqəningümüş medalına layiq görülmüşdür.

"Şahin"hərbi-idman oyunu üzrə rayon komandası zona yarışlarının qalibiolmuş, respublika yarışında iştirak etməkhüququ qazanmışdır.

Cari ilin birinci rübündə rayon Mərkəzi Xəstəxanasının109 nəfər həkimi və 402 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir.

Hər il olduğukimi bu il də rayonda 11 fevral tarixdən əhalinin tibbi müayinədənkeçirilməsinə başlanılmışdır. Ötənmüddət ərzində əhalinin 20983 nəfəri tibbimüayinədən keçmiş, onlardan1916 nəfəri ambulator, 18 nəfəristasionar müalicəyə cəlbolunmuş, 10 nəfəri Bakı şəhərinə müalicəyəgöndərilmiş, 1 nəfəri isə əməliyyat olunmuşdur.

Rüb ərzində cərrahiyyəşöbəsində 121 əməliyyataparılmışdır ki, bunlardanda 18-itəcili və təxirəsalınmaz əməliyyat olmuşdur. 15 nəfər həkim Həkimlərin Təkmilləşdirməİnstitutunda, 1 nəfər orta tibb işçisiixtisasartırma kursunda olmuş, 4 nəfər həkim və 6 nəfər orta tibb işçisi isəsertifikasiya komissiyasından keçmişdir.

Hesabat dövründə45 min manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinəqaimə əsasında bölüşdürülmüşdür. Güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə30 min manatlıq dərman preparatlarıverilmişdir.

(ardı növbətisayımızda)

Məzahir ƏHMƏDZADƏ