Qatar qəza törətdi
Moskva-Bakı sərnişin qatarı qəzaya düşüb. Dünən axşam Rusiyanın Rostov vilayətində sürət qatarı avtomobili vurub.
Dəmir yol keçidində "Qazel” markalı avtomobil xarab olduğundan Moskva-Bakı qatarı qəzadan yayına bilməyib. Toqquşma zamanı zərər çəkən olmayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Hadisədən sonra "Moskva – Bakı” qatarı yoluna davam edib.
Xatırladaq ki, dünən həmçinin Volqoqrad ərazisində "Moskva-Bakı” qatarının dəmiryol yaxınlığında sərxoş təqaüdçünü vurduğu haqda məlumat yayılmışdı. Xoşbəxtlikdən təqaüdçü sağ qalıb.
Digər Xəbərlər
02 May 2024 17:40