adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Iyun 2019 17:42
24451
ƏDƏBİYYAT

Qartal zirvədə uçar

Şəklinləüz-üzə dayanmışam, heç bilmirəm nə danışım!

Sankiruhunla danışıram. Hüzünlü, dözümlüQarabağın qan çilənmiş çöllərində birhəzin bayatıçəkibdolaşıram.

Şəhid qardaşım, səni cəng meydanına haraylayıb gətirən Vətənsevgisi oldu. Elə bu sevgidəndir ki,belə tezliklə ana torpaq səni öz qoynunaaldı:əzizləyiboxşamaq üçün!

Torpağımızmüqəddəsdir, Məkkə, Mədinə torpağı kimi. Çünki bu torpaq şəhid qanı əmib, bağrıqan olmuş qızıl laləyə dönüb, bu qangül-çiçək olub, torpaqdan baş qaldırıb.

Yoxluğundanxəbər verən məzarınabaxıram. Bura şəhidlərinuyuduğuməkandır, qeyrət, şərəfünvanıdır...

Hər igidin canfədasıdüşmənəbir göz dağıdır...

Zirvələrdən sisi,çəni dağıdır...

Sırxavənddə qanlı döyüş

Lerikrayonundakı Rvarud kənd orta məktəbini uğurla bitirən SəxavətƏbi oğluHacıyev Bakı Politexnik Texnikumuna daxil oldu, iki il hərbi xidmətdəmətinlik məktəbi keçdi. Birmüddət istehsalatda işlədi. Həmin vaxt ermənilərin Qarabağ iddiası genişlənir, xarici dövlətlərdəkihavadarları onlaradəstəkverirdi. Köməksiz qalan dinc azərbaycanlılar tarixi dədə-baba torpaqlarından qovulurdu,Bakını vədigər şəhər və qəsəbələri qaçqın dalğasıbürüyürdü.

Xocalıfaciəsindədünyada misli görünməyən dəhşətli soyqırım törədilmiş,etnik təmizləmə aparılmışdı.1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələriazərbaycanlılardan təmizlənmiş, mühüm mövqelər ermənilər tərəfindəntutulmuşdu, Xocalını təhlükə bürümüşdü.Vətənin qədim torpaqları təhlükədə,dinc əhali səksəkədə idi.

Vicdanlı, vətənpərvərövlad, torpaq təssübü çəkən qeyrətlivətəndaş Səxavət Hacıyev 1992-ci ilinfevralında dostlarına qoşulubBakıda hərbiqərargaha yollandıvəkönüllü olaraq Qarabağa getdi. Onun ilk döyüş yeri qədim Şuşa şəhərioldu. İgid Mübariz burada gedənvuruşmalarda fərqləndi, döyüşdostlarını düşmənə qarşıqətiyyətli mübarizəyə, məmləkəti qorumağa ruhlandırdı.

NaxçıvanınSədərəkbölgəsi tez-tez ermənilərin atəşinə məruz qalırdı. HeydərƏliyevin müraciətindən sonra, Sədərək uğrundagedəndöyüşlərdə Mübariz və silahdaşları cəsarət vəmətinlik göstərdilər, düşmənivurub geri çəkilməyə məcbur etdilər. Səxavət hər dəfə ağır döyüş nöqtələrinə gedəndə bunu valideyinlərindən gizlədər, onlar fikir çəkməsin deyə, işyerindən uzaq yerə ezamiyyətə göndərildiyini söylərdi. Bu da onun fikirləşdiyimüqəddəs bir yalan idi.

Səxavətin sondöyüşü

1992-ci ilin dekabr ayı idi. Qarabağda qış mülayım keçsə də, vəziyyətolduqca kəskinləşmişdi. Səxavət yenidənMilli Qurtuluş tağımının tərkibindəQarabağda ağır, qanlı döyüşləriniştirakçısı kimi öz üzərində vətəndaş-əsgərməsuliyyətini daha çox hiss edir , bu qanlı olayların, haqsız ərazi iddialarının nə ilə bitəcəyibarədə düşünürdü. Məğlubiyyət sözüonu diksindirmişdi. "Axı, biz Şah İsmayıl Xətai babamızın varisləriyik,-düşünərdi.Şah babamız qılınc, ox gücünə Azərbaycanxanlıqlarını birbayraq altında birləşdirmiş, ölkənin hüdudlarını möhkəmləndirmiş, məğlubiyyətlə heç vaxt barışmamış,qolubükülməz sərkərdə, diplomat, böyük bir dövlət başçısı kimidünyaya səs salmışdı. İndə isə ... "Dığalara məğlub olmaq bizə yaraşmaz. Biz tarixi qəhrəmanlığımızı gərək həmişə uca tutaq”...

Mübariz amansız, ədalətsiz müharibənin ağrı-acılarını dadaraq Vətən qeyrəti yolunda əslqorxubilməz döyüş ustası kimibərkimiş, çevikliyi, bacarığı, cəsarəti, düşmənin hiyləsini duymaq qabiliyyəti tabor komandiriŞahin Tağıyevin, bölük komandiri Əziz Rəcəbovun diqqətindən yayınmamış, o, bütün döyüşçüdostlarının sevimlisinə, əzizinə, "alay oğlu”na çevrilmişdi.

17 yanvar 1993-cü il. Həmin tarix Səxavət Hacıyevin sonuncu qəhrəmanlıq tarixidir. Sırxavənd uğrunda qanlı döyüşlərgedirdi.Yüksəklikdə mövqe tutan düşmən PDM-i döyüşçülərimizin irəliləməsinə maneolurdu. Nəyin bahasına olursa-olsun düşmənin döyüşmaşınını susdurmaq lazım idi. Səxavət düşünmədən qərara gəldi. O, bir neçəqumbara götürdü, gizli yollarla düşmənəyaxınlaşdı. Onun sərrast atdığı qumbara düşmən maşınını zədələdi. Geriyə çəkilən PDM-in atdığı mərmi qəlpələri cəsur döyüşçünü baş nahiyəsindən ağır yaraladı. Neçə-neçə döyüşçü yoldaşını ölümün pəncəsindən xilas etsə də özü mərmiyə tuş oldu. Onuvertolyotla təcili Bakıya yola saldılar. Dostları bu acı xəbəri eşidib kədərləndilər, düşmənə qarşı daha amansız oldular.

Bəd xəbər tezyayılır.Televiziya vasitəsiləhərbi jurnalist Şəmistan Əlizamanlınınverdiyi "Hacıyev Səxavət Əbi oğlununvalideyinləritəcili Müdafiə Nazirliyinin Analitik İnformasiyaMərkəzinəzəng etsinlər” xəbəri bir anda hər yerə yayıldı. Bütünqohumlar, dostlar, tanışlar Rvaruddan Bakıya axışdılar. Yenilməz əsgər,düşmənin qənimi olan Səxavətin cənazəsixalqımızınand yeri olan ŞəhidlərXiyabanındatorpağa tapşırıldı. Qardaşları, sinifyoldaşları, məktəblilər onun məzarı qarşısında Səxavətin əməlləriniyaşadacaqlarına and içdilər...

Rvarudkəndinin qocaman müəllimi Barat Abbasov Səxavət Hacıyevin qəhrəmanlığı barədə belədeyir:

- Kəndimizinuca bir yerində şəhidlərin abidəsi ucalır: "Zirvə”. BuradaRvarud kəndinin şəhidlərinə abidə qoyulub. Biz abidəni ziyarət edərkən onu yadedir, onunla fəxr edirik. İlk növbədə Səxavət Hacıyeviehtiramla hərbi xidmətə yoladüşən gənclər burada sədaqət andı içirlər.Məktəbimiz də onun adını daşıyır.O, könüllü şəkildə özünü odun, alovuniçinə atmış,ölüməqənşər getmişdir. Vətən yolunda özünü qurban verən mərd Səxavət fəxrimizdir,ölümü ilə ölməzlik qazanmışdır. Şagirdlər inşa yazarkən onunmənalıhəyatınamüraciətedir, onunla qürur duyurlar.

Mübarizin yoxluğu ən çox Səxavətin qardaşıMübarizi ağrıdır:

- Səxavətbacarıqlıqardaş, elədayaq gənc idi. Onun üçün həyatda çətin iş yox idi. Hansı işdən yapışırdısa,onu tezliləbaşa çatdırırdı. Qarabağda münaqişə başlayanda onun da rahatlığı yox idi. O,Qarabağın müdafiəsinə getməyi qəti qərarlaşdırmışdı. Onu bu işdən çəkindirməkistəyənlə razılaşmır,belədeyirdi:- "Mən getməsəm, sən getməsən, o getməsə bəs Vətəni kim müdafiə edəcək?”

Mübarizdeyir:- Səxavətin cəbhədə yaralandığını eşidən kimi qardaşım Hacımirzə ilə gecə bütün xəstəxanaları axtarmağabaşladıq. Onu M. Nağıyev adına şəhər klinikixəstəxanasındatapdıq. Mübariz bizi görən kimi yastıqdan dikəlib oturduvə dedi:

- Sizə kimxəbər verdi, məndə heç nə yoxdur, birhəftəyə çıxaram,heç kəsə bildirməyin, adamları narahat etməyin...

Biz hər günyanınagəlir,yemək gətirirdik. Ona baxan həkim dedi:

- Əlimdəngələni edəcəyəm, ümid Allaha qalıb.

Deyəsən mərmiMübarizin döş qəfəsində sağ yer qoymamışdı. O, isə kəskin ağrılara dözür,bizi görəndə gülümsəməyə çalışırdı. 25 yanvarda yanına gəldim. Onunkönül verib sevdiyi bir qız vardı. Müharibədənsonra toy edəcəyini qərarlaşdırmışdı.

Palatayagirəndə mənə dedi:

- Get Gülnazı gətir,onu görmək istəyirəm.

Mən taksi iləDəniz Limanı tərəfdə yaşayan Gülnazgilə getdim, vəziyyəti onabildirdim. Biz xəstəxanaya çatanda artıq iş-işdən keçmişdi.Qardaşlarımızın naləsi göyə ucalmışdı...

Vətən səniunutmur

İndi ŞəhidlərXiyabanıdırSəxavətinson mənzili. Ötən il yanvarın 25-də şəhidlikzirvəsinə ucalmışSəxavətinanadan olmasının40 vədünyaya vida etməsinin 15 illiyi Bakıdakeçirilmiş mərasimlə yadda qaldı.

AzərbaycanRespublikasınınPrezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurası 20 Yanvar İctimaiBirliyi ilə birlikdə "Yeniyetmə vəgənclər arasındaMilli Qəhrəmanların xatirəsinə həsrolunan tədbirlərin təşkili” çərçivəsindənövbəti tədbiri Lerik şəhərmərkəzində keçirdi. Tədbir Qarabağ Müharibəsində böyük hünər vəşücaət göstərmiş Səxavət Əbi oğlu Hacıyevə həsr olumuşdu. Mədəniyyət Mərkəzində baştutan toplantıda Dövlət Himnisəsləndirildi. Lerik RİH başçısının müavini Arzu Vəliməmmədova tədbiriaçdı.O, şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan danışdı. Şəhidlərin, onların ailələrinin,Qarabağveteranlarının, əlillərindövlət qayğısıiləəhatə olunduğunuxüsusi olaraq qeyd etdi, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinintəşkilindən danışdı.

Şəhid SəxavətHacıyevə həsrolunmuş "Qəhrəman ananın qəhrəman oğlu” sənədlifilmi nümayiş etdirildi.

Filmdədeyilirdi ki, Səxavət "Rvarud” adlı xeriyyə cəmiyyəti” yaratmışdı. O həmişə xeyirxahlıqla məşğul idi,dara düşənlərə kömək edirdi. Vətənə sevgisinin əvvəli də, sonu da vətənlə bağlıolduğu üçün canı ilə, qanı ilə Vətənin müdafiəsinə qalxdı və bu yolda daşəhid getdi.

Ehtiyatdaolan polkovnik, Qarabağ qazisi Hikmət Ağayev çox geniş və əhatəlinitq söylədi, onun çıxışı alqışlarla qarşılandı. Lerik Rayon AğsaqqallarŞurasının sədriHəmzə Vəliməmmədov, ağsaqqal ziyalı Məzahir Ağazadə, 20 Yanvar İctimaiBirliyinin sədriMustafa Qaramanlı,Qarabağ qazisi Veysəl Məlikov, Lerik RTŞ-in müdiri Zöhrab Salayev, YAPYasamal Rayon Təşkilatının sədr müavini şəhid Səxavət Hacıyevin sinif yoldaşı Arzuman Muradlı, Çayrud kənd əraziinzibati dairəsinin nümayəndəsi Xanlar Həmid, şəhidin sinif yoldaşı Elcanİsgəndərov, 20 Yanvar İctimai Birliyinin sədri Soltan ƏzimzadəçıxışedərəkSəxavət Hacıyevdən,ümumilikdə şəhidlərimizdən, Milli Ordununqüdrətindən, Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən danışdılar.

LerikRayon MədəniyyətMərkəzinin hazırladığımusiqi çələngi,müğənnilərinifaları,məktəblilərinoxuduğuşeirlərşəhidin ruhuna tam uyğunseçilmişdi.

Şəhid SəxavətHacıyevinqardaşı Mübariz Hacıyev çıxış edərək dedi:

- Mən toplantıyaqatılan hərkəsə, Lerik rayon rəhbərliyinə, tədbirintəşkilatçılarına minnətdaram. Qardaşım Səxavət deyirdi ki, bir gün gələrsiz mənimlə fəxr edərsiniz. O gün 26 ildir ki, yol gəlir və biz onunla fəxredirik. Mən Səxavətin adından zaldakılara üz tutub deyirəm:

-Sizin uğurunuzda şəhid olmağa dəyər...

Bu da son

Səxavətinruhu dilə gəlib qarşımı kəsir:

- Salam, ey müqəddəs ruh!

-Salam olsun hamıya. Onu da mənim əvəzimdən yazın: "Bağışla, Vətən, köməyinə çatıb xilasına çatmadıq. Anamızın anası, yaralı pələng tək inləyən, imdad diləyən Vətəntorpağı, bizi bağışla!

İdrisŞükürlü,

yazıçı-publisist