Qardaşı uşaqlarını baltalayan əminin ölüm səbəbi bilindi - YENİLƏNİB
Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayaraq öldürməkdə təqsirləndirilən Naǧıyev Əli Hüseynbala oǧlunun ölümünün təfərrüatları məlum olub.
Adalet.az-ın Unikal-a istinadən məlumatına görə, Ə.Nağıyev saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəbəsindən bașı üstə özünü yerə atıb.
Bundan sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilərək orada müalicə olunub, göstərilən tibbi yardımlara baxmayaraq Ə.Nağıyev ötən gün müalicə olunduğu xəstəxanada ölüb.
***
14:41
Üç gün əvvəl Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs Bakıda xəstəxanada ölüb.
Adalet.az-ın xəbərinə görə, apa-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxs ötən gecə səhhətində yaranan problemlə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada vəfat edib.
Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib ki, 1977-ci il təvəllüdlü şəxs (kişi) fevralın 3-də saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun fevralın 4-də 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.
***
14:11
Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib.
Adalet.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.
Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.
Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi.
Digər Xəbərlər
04 Fevral 2026 13:00
Sumqayıtda evdən məişət əşyaları oğurladılar - VİDEO
04 Fevral 2026 10:24
Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanıldı
04 Fevral 2026 10:18
Sabirabadda əməliyyat - 8 nəfər həbs edildi
03 Fevral 2026 17:21
Kiberpolis haker şəbəkəsini ifşa etdi - VİDEO
03 Fevral 2026 15:27
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı - VİDEO
03 Fevral 2026 12:21
DİN BNMİ-dən əməliyyat - Saxlanılanlar var - VİDEO
03 Fevral 2026 10:43
Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı
03 Fevral 2026 10:07


Bakı -°C

