adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Yanvar 2017 15:17
10427
MƏMLƏKƏT

QARDAŞLAR, MƏN BURALI DEYİLƏM

Ağdamdabir hərbi hissə vardı, zabitlərini də nadir hallarda ayıq görərdin. İkisi gecə möhkəm içib bərkdən mübahisə edə-edə hərbi hissəyə gedirlər, ayaq üstə də zorladururlar.

Qarabağınməşhur xanəndəsi, Ağdam məscidinin minbərindənsonuncu dəfə «Qarabağ» azanını fəryadla çəkən (sayta qoyuruq dinləyə bilərsiniz)Hafiz Sədirzadə durubmuş məhlənin tinində. Hafizi görüb ikisi də yapışırlaronun yaxasından, «Arşın mal alan»dakı kimi. Biri göydəki Ayı göstərib deyir:

-Brat, ya qovaryu eto luna, a etot durakqovorit çto net, eto solntse?

Hafizbirtəhər yaxasını onların əlindənqurtarıb deyir:

-Bratya, vallax, ya nezdeşnıy.

İndiməsələlər var ki müzakirələrdə iki yerəbölünüblər. Hamı da zəng edib münasibət öyrənmək istəyir və özü də istəyirki, onların dediyini təsdiqləyəsən, onların tərəfini tutasan. O dəqiqə də yadıma Hafiz Sədirzadə düşür, qardaş, vallah, mən buralıdeyiləm.