Qaradağlı faciəsindən 25 il ötür
Bu gün Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 25 il ötür.
Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum ediblər. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.
Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.
Qaradağlı indi də işğal altındadır.
Digər Xəbərlər
03 May 2024 12:05
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI
03 May 2024 11:42Hicran Hüseynova: Müasir sivilizasiyanı mediasız təsəvvür etmək olmaz
03 May 2024 11:15Güllüdüzü kəndi necə Vardahovit oldu? - Ermənilərin "qədimliyini" puç edən detallar
03 May 2024 10:00Azərbaycan və Türkiyəni birləşdirən 3 may ideyaları: Türkçülük - Turançılıq
02 May 2024 23:34