adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Noyabr 2018 10:05
4246
HADİSƏ

Qaradağda yük maşını ilə minik maşını toqquşub: ölən var

Bakı şəhərinin Qaradağ rayonunda yük avtomobili "Daewoo” markalı minik avtomobili toqquşub. Trend-in məlumatına görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin, 1962-ci il təvəllüdlü Vəliyeva Gülgəz Əliağa qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.