adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Mart 2019 17:45
24575
ƏDƏBİYYAT

Qaraçöhrənin ağ günləri

Daş əsrində və yaxudbürünc dövründə Azərbaycanın ərazisinin nə qədər sahəsinin meşələrlə örtülü olduğu heç kəsə məlumdeyildir. Tarixçilər və pedaqoqlar, coğrafiyaşünaslar, botaniklər, meşəçilərrespublikamızın düzən və dağ zonalarındamüasir meşələrimizin vaxtiləolub-olmadığını öyrənmək üçün xeyli tədqiqat aparmışlar, indi də bu sahədə müəyyənişlər görülür.

Bizim geoloji əsrimizdən IV dövrün bir milyon iləyaxın yaşı vardır. Bu dövrün ən böyükhadisəsi isə insanın əmələ gəlməsidir.Ona görə IV dövrə ayrı bir ad da veriblər-antropogen.Bu dövrün digər vacib hadisəsi isə ərazisin buzlaşmasıdır. Min illər ərzindəSkandinaviyanın dağlarında toplanmış nəhəng buzlaqlar Avropa hissəsindəncənuba doğru axıb gəlməyə başlamış və çox geniş sahələri, o cümlədən Azərbaycanınərazisini də əhatə etdi. Burada buzaxınlarından yalnız Talış zonasıvə cənubi Zaqafqaziya yaxa qurtarabilmişdir.

Buzlaşma dövründəIII dövrün zəngin florası donub məhvolmuş, onların tərkibi xeyli kasıblaşmışdır. Ərazisində soyuğadavamlı tozağacı, şam ağacı və digər incilər yayılmışdır. Bəzi istisevər subtropik bitkilər: dəmirağacı,şümşə, şabalıdyarpaq palıd, azat və s.cinslər özlərinə yalnız Talış zonasında etibarlı sığınacaq tapabildilər. Həmin dövrdən min illər keçməsinə baxmayaraq respublikamızın ərazilərindəbu gün də tək-tək və yaxud qrup halındabitən keçmiş meşə florasına aid olan ağac bə kol növlərinə rast gəlirik.

Qaraçöhrəni dövrümüzə kimi yaşadan nədir?

Son dərəcə nadirvə qiymətli qaraçöhrə ağacının müasir geolojidövrümüzə gəlib çıxması onun uzun ömürlü olması ilə də əlaqədardır.Əlverişli şəraitdə qaraçöhrə 3 min il və daha çox ömür sürür. Cavan yaşlarındaçox ləng böyüyür. 100 yaşında cəmi 10-12metr boy atır. Bu yaşdan sonra boy artımı sürətlənir. Qafqazda yaşlı qaraçöhrəağaclarının boyu çox vaxt 24-28 metrə, gövdəsinin diametri isə 1, 5 metrəçatır.

Bəs görəsənqaraçöhrəni dövrümüzə kimi yaşadan nədir? Bu sualın cavabını, bu sirri qaraçöhrəninbioloji keyfiyyətləri açır. Təbiətşünasalim Mahmud Xəlilov "Qaraçöhrə" adlı məqaləsində yazır:"Bunlardan ən mühümü qaraçöhrənin qabığının, iynələrinin, zoğlarının,oduncağının zəhərli, toxumalarının isə yeməli olmasıdır. Zəhərli orqanları buağac növünü neçə milyon illər vəhşi heyvanların zədələnməsindən mühafizəetmiş və arcalının genişlənməsinə şərait yaratmışdır. Qaraçöhrənin yeməlitoxumları həm dadlı, həm şirin, həm də parlaq rəngə malik olub, quşların diqqətiniözünə cəlb edir, onun artması vəyayılmasında böyük rol oynayır.

Qaraçöhrəninindiyədək qalması səbəblərindən biri dəonun yüksək pöhrəvermə qabiliyyətidir.Bu xassəsini qocalığında da saxlayabilir.

Qaracöhrəninuzunömürlü olmasına səbəb onunoduncağının ziyanverici həşaratlara vəgöbələk xəstəliklərinə qarşıolduqca dözümlüdür, davamlıdır. Qaraçöhrə şaxtaya və küləyə qarşı dadavamlıdır".

Təmiz ağaclıq halında bitən

yeganə meşə sahəsi

Elmi mənbələrdən bəlli olur ki, bu nadir ağac növüvaxtilə Avropada, Kiçik və Şərqi Asiyada, Şimali Amerikada, Türkiyə, İran vəSuriyada geniş sahələr tuturmuş. İndi həmin rayonlarda tək-tək və qrup halındarast gəlmək mümkündür.

Qafqazda isə buqiymətli ağacın qrup və kiçik sahələrinə 30 yerdətəsadüf olunmuşdur. Bunlardan ən məşhuru Gürcüstanda Bastara dərəcəsindədir.

Azərbaycanda qaraçöhrəninvarlığına nəzər yetirək. Balakəndə, Şamaxıda, Tovuz, İsmayıllı, Gədəbəy,Daşkəsən, Kəlbəcər və Dağlıq Qarabağda dənizsəviyyəsindən 400-1800 yüksəklikdə bitir. Qəbələnin Həmzəli kəndində, Zaqatalameşələrində və Lerik rayonunda Üçüncüdövr nadir florası olan qaracöhrəlikdiqqıəti cəlb edir.

Lerikrayonundakı qaraçöhrə meşəliyini Qafqazdaqoruyucu örtüksüz şəkildə yəni təmiz ağaclıq halında bitən yeganə meşə sahəsi hesab olunur. Digər ağac cinslərinin qarşılığı olmadan qaraçöhrəli, qədim Hamarat kəndi yaxınlığında Alçalıq adlanan yaylaqda,Sanqadabulaq çayının sol sahilində, dənizsəthindən 1200-1300 metr yüksəklikdə, sıldırım yamacın cənubi-qərbində yerləşir,sahəsi 2 hektara yaxındır. Bu meşəlikdən 1500-2000 metr aşağıda 30 ədədə qədərbaşqa qaraçöhrə ağacı qrupu vardır.Bir-birinə yaxın yerləşən hər ikiqaraçöhrəlik geniş meşəsiz ərazidə yerləşir. Onların burada mövcudluğu maraq doğurur. Bəlkə də meşəninburada qalmasının bir səbəbi də qaraçöhrəninmüqəddəs ağac hesab edilərəktoxunulmaması, digər səbəbi isə, onunyarpaqlarının, zoğlarının , qabığının, gövdəsinin zəhərli olub mal-qaratərəfindən zədələnməməsidir.

Yardımlırayonunun Alar kəndinə yaxın sahədəbir-birindən aralıda yerləşən 6 ədəd qaraçöhrə ağaclarına təsadüf olunmuşdur. Yerli əhali qaraçöhrəağacına "peyğəmbər ardıcı" deyir, bu ağacı müqəddəs hesab edir.

Biz Bradi kəndindəolarkən nurani bir kişi ilə rastlaşdıq.Qaraçöhrə ilə maraqlandığımızı görüb dedi:- burada böyüklərdən eşitmişəm . Həminağacın yarpaqlarını, zoğlarını yeyən keçi ölub. Ona görə də bu ağaca yerli adamlar keçi öldürən deyiblər.

Qaraçöhrənin kəsilməsi

bütün dünyadaqadağan edilib

Qaraçöhrənin ziyarətinə gedərkən Bradi kəndinin ziyalısıHabil Əliyev və Dastan həkim məntəqəsinin həkimi Nizami Suvarov bizə bələdçiliketdilər. Doğrusu, qaraçöhrə meşəliyin gördükdə, ərazi ilə tanış olduqda xeyliheyrətləndim. Əvvəla, meşəliyi belə təsəvvür etmirdim. Elə zənn edirdim ki, 20-30 ağacdan ibarətdir. Elə zənn edirdim ki, 20-30 ağacdan ibarətdir.Antropogen dövrünün bəşəriyyət üçün qoruyubsaxladığı bir yadigarla-relikt qaraçöhrə ağacları ilə üz-üzə idik. Hər bir ağac qiymətli abidə, qayaparçaları isə qoruyucu əsgərlər idi sanki.

Dünya miqyasındaqaraçöhrə meşələrinin azalmasına, arealının qarşısının alınmasına,nəslinin yox olma təhlükəsi qarşısındaqalmasına əsas səbəblərdən biri də müntəzəm olaraq davam edən insan fəaliyyəti ilə əlaqədardır.Bu ağacın sənaye üçün əvəssiz material olması, oduncağından müxtəlif dülgərlik, məişət avadanlıqlarınınhazırlanması nadir ağacların kəsilməsinə,nəslinin azalmasına səbəbolmuşdur. Hələ çox qədimlərdə ingilisləröz məşhur ox və kamanları üçün qaraçöhrəmaterialından istifadə etmişlər.

Qaraçöhrə gözəl dekorativ görünüşə, estetik gözəlliyəmalik həmişəyaşıl ağacdır. Çətiriyumurtavari slindir şəklində sıx tündyaşıl iynələrdən təşkil olunmuşdur. Bu relikt bitkisi qayçılamanı da olduqca yaxşı qəbul edir vəona verilən formanı uzun müddətsaxlayır. Bir sıra ölkələrdə qaraçöhrə bəzək bitkisi kimi şəhərdə becərilir,parkları bəzəyir.

Səlahiyyətsahibləri

sözümüz sizədir

Biz Lerikrayonunun ərazisində məskunlaşmışqaraçöhrə meşəliyi barədə iradlarımızı vətənqidi fikirlərimizi bildirməyi bir jurnalist, publisist təbiət təəssübkeşi,bir vətəndaş olaraq özümüzə borc bildik.Bəşəriyyətin Azərbaycana bəxş etdiyi nadirincilərdən biri də qaraçöhrədir.Yəqin indi uzaq Amerika alimləri,ekoloqları da bundan xəbərsiz olmazlar.

Meşəliyin ətrafındakıərazilər hazırda otlaq kimi istifadəolunur. Meşəaltında yeniyetmə və cavanağacların olmaması şübhəsiz, buradamal-qaranın intensiv otarılması ilə əlaqədardır. Ərazidə ilboyu mal-qara, qoyun-keçi otarılır, yayınisti günlərində mal-qara körpəağacları dırnaqları ilə basıb məhv edir.Biz qaraçöhrə meşəliyini gəzərkən çoxdankəsilmiş ağaclara rast gəldik. Deməli, nadir ağaclara balta çalanlar da var.

Üzümü aidiyyatıqurumlara tuturam: Dünyada nadir olan, yaşıl ağacların tacı, yurdumuzun şöhrəti,Azərbaycanın nadir meşə örtüyünə malikolduğunu göstərən qaraçöhrə meşəliyinə diqqət və qayğını artırmaq, sahəsini genişləndirmək, bu nadir ağacları əli baltalılardan, digər zərərvericilərdənqorumaq olmazmı? Dünyada nadir olan bu meşəliyin dövlət tərəfindən qorunduğunu göstərən lövhələr açmaq necə, çətindir?

Çox yaxşı olardıki, qaraçöhrə meşəliyi dəmir torla hasara alınsın, turistlərin baxması üçüngirişlər qoyulsun, burada qaraçöhrənin elmi, bioloji, tibbi mahiyyətinədair plakatlar asılsın. Meşəliyi daimqorumaq, nəzarətdə saxlamaq, təbliğ etmək üçün bu ərazini onu qoruyana təhkimetmək, qoruq elanq etmək yaxşı olardı.

Bir sözlə, nəediriksə, Azərbaycan naminə etməliyik.

İdris Şükürlü,

Əməkdarjurnalist