“Qarabağ”la “Sabah” rəqibini tanıyacaq
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Adalet.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Sabah” da potensial rəqibini tanıyacaq.
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə “Sabah”ın potensial rəqibi bəlli olacaq. Ölkə çempionu növbəti rəqibi görmək üçün öncə 3-cü təsnifat mərhələsində Danimarka “Orhus”unu keçməlidir. Təmsilçimiz burda uduzacağı halda Avropa Liqasının pley-offuna enəcək ki, həmin mərhələdəki rəqiblər də bu gün bəlli olacaq.
Bu gün “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq. Saat 16:00-da başlayan mərasimdə ağdamlıların Konfrans Liqasının pley-offundakı mümkün rəqiblərinin adına aydınlıq gələcək. Həmin rəqibi görmək üçün Ağdam klubu 3-cü təsnifat mərhələsində Ukrayna təmsilçisi “Dinamo”nu (Kiyev) sıradan çıxartmalıdır.
Digər Xəbərlər
11 Avqust 2026 21:50
"Sabah" darmadağınla pley-off mərhələsində - YENİLƏNİB
11 Avqust 2026 21:00
Macarıstan millisinin sabiq futbolçusu "Neftçi"də
11 Avqust 2026 18:00
Hakimlərin qərarına aydınlıq gətirəcək yeni platforma...
11 Avqust 2026 17:51
"Kəpəz" qapıçı transfer etdi
11 Avqust 2026 17:33
"Neftçi" basketbol klubu Cəbrayıl Əkbərovu transfer edib
11 Avqust 2026 15:33
“Sabah” – “Orhus” matçında anşlaq: Bütün biletlər satılıb
11 Avqust 2026 11:53
Tahir Gözəldən “Qarabağ” - “Dinamo” oyunu öncəsi açıqlama
11 Avqust 2026 11:20


Bakı -°C

