adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Avqust 2018 14:52
16200
GÜNDƏM

«QARABAĞ»IN ŞƏHİDLƏRİ

ALLAHVERDİ BAĞIROV (Azərbaycanın Milli Qəhrəmanı) -əvvəllər kapitanı, sonra baş məşqçisi.


ELDAR BAĞIROV (Azərbaycan SSR Ali Sovetinin deputatı), - komandanın uzun müddət kapitanı, Dağlıq Qarabağda hadisələr başlayanda Ağdamda ilk dəfə özünümüdafiəbatalyonu yaradıb, sui-qəsd nəticəsində öldürülənədək erməni işğalçılaırı ilə öz batalyonu ilə düşmənə qan udduran bir igid.Allahverdi Bağırovun kiçik qardaşı.



ASİF MƏHƏRRƏMOV (FredAsif, Milli Qəhrəman) – «Qarabağ»ın oyunçusu, batalyon komandiri. Ölənədək MilliQəhrəman ordenini sinəsinə taxmayan oğlan. Deyirdi ordeni sinəmə Xankəndində taxacam.



ƏRŞAD NADİROV (batalyonkomandiri) - «Qarabağ»ın ən ipə-sapa yatmaz,dəli-dolu, davakar oyunçusu. Dostları onu «Dəli Ərşad» çağırardı. Yəni Koroğlunun dəlilərindən idi. Özünümüdafiə batalyonunun komandiri idi, qəhrəmancasına şəhid oldu. Və Ağdamcamaatı onu müharibə başlayandan sonra «General Ərşad» deyə çağırırdılar. «Qarabağ»ınəfsanəvi futbolçusu Vüqar Nadirovun atası, Adil Nadirovun kiçik qardaşı.


ADİL NADİROV - «Qarabağ» komandasını Ağdamın ən ağır vaxtlarındavə işğaldan sonra dağılmağa, məhv olmağa qoymayan və bugünədək bütün ömrünü «Qarabağ»a həsr edənAzərbaycanın Lobanovskisi. Və komandanıncanlı şəhidi (Allah ömür versin, İmarətdə oynatsın «Qarabağ»ı).