"Qarabağ"ın bu oyunu təxirə salınacaq - SƏBƏB
"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında II turun "Sumqayıt"la səfər matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etməyəcək.
Adalet.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. O bildirib ki, UEFA Çempionlar Liqasında Çexiyanın "Viktoriya" (Plzen) kollektivi ilə görüşlərlə əlaqədar Premyer Liqa qarşılaşmasını ertələtmək fikirləri yoxdur.
"Çıxıb çempionat matçımızı keçirəcəyik. Sonrasına isə baxarıq", - deyə Qurbanov əlavə edib.
Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"la oyununu avqustun 13-də "Kapital Bank Arena"da keçirəcək. Matç saat 18:20-də başlanacaq. "Viktoriya" ilə qarşılaşmalar isə 16/17 avqustda evdə, 23/24 avqustda səfərdə olacaq.
Digər Xəbərlər
17 Mart 2026 12:36
Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı
17 Mart 2026 09:10
Çempionlar Liqası: "Siti" "Real"la, "Çelsi" PSJ ilə oyunda möcüzə axtarışında
16 Mart 2026 13:02
"Turan Tovuz" – "Zirə" və "Qarabağ" – "Sabah" oyunları eyni gündə olacaq
15 Mart 2026 09:01


Bakı -°C

