26 Sentyabr 2023 20:52
475
GÜNDƏM

20 mindən çox erməni Qarabağı tərk etdi - YENİLƏNİB

20 mindən çox erməni Qarabağdan Ermənistana köçüb.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat katibi Nazeli Baqdasaryan brifinqdə bildirib.

"Hazırda Qarabağdan Ermənistana 20 270 sakin köçüb", - deyə o bildirib.

 

***

Qarabağı tərk edən ermənilərin sayı 19 min nəfəri keçib. 

Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Tiqran Xaçatryan məlumat verib. 

Onlar əvvəlcə Gorusdakı qeydiyyat şöbəsinə göndərilir, sonra isə müxtəlif məkanlarda yerləşdirilirlər.

 

***

26 sentyabr, Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 13 550 nəfər köçürülüb. 

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər nazirliyi açıqlayıb.