Qarabağ xanına məxsus bayraq bərpa olunub
Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpa olunub.
Bu barədə Milli Tarix Muzeyindən məlumat verilib.
Qeyd olunub ki, sözügedən bayrağın sapı bərpaçı-rəssam Əjdər Qafarov tərəfindən təmizlənərək, qoruyucu maddə ilə örtülüb.
Eksponatın ucluq hissəsindəki qotazı isə muzeyin bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən demontaj edilib.
Üzərində olan güləbətin tikmələri, qaytanı, baftası mexaniki və kimyəvi üsulla təmizlənib, qopan ipləri yerinə bərpa edilərək, eksponata ikinci həyat verilib.
Qeyd edək ki, bayraq 1928-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Davud Şərifovun səyləri nəticəsində Azərbaycana gətirilib. Buna qədər bayraq Tiflisdəki Qafqaz Hərbi Tarix Muzeyində saxlanılıb.
Bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsinin xanlarının əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur. Bayraq muzeyə hakimiyyət rəmzi olaraq hədiyyə edilib.
Digər Xəbərlər
13 Oktyabr 2026 18:16
Bu yollarda TIXAC VAR- SİYAHI
13 Oktyabr 2026 17:41
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
13 Oktyabr 2026 16:47
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
13 Oktyabr 2026 13:42
Sevinc Fədai: “Cəmiyyətdə sağlam dəyişikliklər yaratmaq üçün maarifləndirməyə ehtiyac var”
13 Oktyabr 2026 12:58
Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqləndi
13 Oktyabr 2026 12:32
Bugünkü matçla bağlı metro gücləndirilmiş rejimidə çalışacaq
13 Oktyabr 2026 12:30
Təhülkəli malların dövriyyədən çıxarılması ilə bağlı yeni qayda
13 Oktyabr 2026 12:20


Bakı -°C

