"Qarabağ və Şərqi Zəngəzurun ümumi planlaşdırılması başa çatıb" - Prezident
Bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Regionun ümumi planlaşdırılması başa çatıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində deyilir.
Dövlət başçısı qeyd edib ki, 13,6 min kvadrat kilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur.
"Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb".
Prezident bildirib ki, müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir.
Digər Xəbərlər
27 Iyul 2026 16:45
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
27 Iyul 2026 10:33
“Onlardan ən çox müzakirə olunan nümunələrdən biri Adolf Eyxman işidir...”
27 Iyul 2026 10:23
“Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də...”
27 Iyul 2026 10:20
Türkiyənin güclü olması regionda sülhün əsas təminatçısıdır – Politoloq
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10


Bakı -°C

