"Qarabağ" - "Qalatasaray" matçına getmək istəyənlərin nəzərinə!

"Qarabağ" və "Qalatasaray" futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınmasının həyata keçirilməsi məqsədilə 26.03.2023-cü il tarixində "Qara Qarayev" metro stansiyası və Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsi) Bakı Olimpiya Stadionu ilə əlaqələndirən X1 və X2 nömrəli ekspres marşrutlar təşkil edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, ekspres xətt üzrə avtobuslarla azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması saat 18:00-dan başlayaraq icra ediləcək. Ekspres xətt üzrə sonuncu avtobus 19:30-da 28 May m/s-dan, 19:45-də Qara Qarayev m/s-dan Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalına hərəkət edəcək:
"Oyun bitdikdən sonra azarkeşlərin stadionun İctimai Nəqliyyat Terminalından Qara Qarayev m/s və 28 May m/s (Səməd Vurğun bağı) istiqamətində daşınması həyata keçiriləcək. Azarkeşlərdən xahiş edirik ki, oyun bitdikdən sonra İctimai Nəqliyyat Terminalına getmək üçün şimal piyada körpü keçid məntəqəsi istiqamətində hərəkət etsinlər.
Futbol yarışmasında doğma Qarabağımıza uğurlar arzulayırıq".
Digər Xəbərlər

İtaliya klubu 39 yaşlı hücumçunun transferini açıqlayıb

"Arsenal"dan yeni transfer

Avropa Liqası: Bu gün 8 oyun keçiriləcək

İlham Zəkiyevin müəllifi olduğu kitablar işıq üzü görüb

Millimizin FIFA reytinqində yeni mövqeyi bəlli oldu

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri qarşılaşdı

PSJ "Real"ı darmadağın edərək finala yüksəldi - VİDEO
