adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Iyul 2022 17:45
630
İDMAN

"Qarabağ"-"Ferentsvaroş" oyununun hakimləri bəlli oldu

Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Adalet.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Görüşün referisi Andreas Ekberq olacaq. Ona yan xətt hakimləri Mehmet Çulum və Niklas Nyuberq köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Adam Ladebek yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Cavab oyunu avqustun 9-da Budapeştdə baş tutacaq.