adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Oktyabr 2017 18:26
15770
SİYASƏT

Qarabağ danışıqlarında dönüş ola bilər

"Azərbaycan və Ermənistan dövlət başçıları arasında BMT-nin İsveçrədəki ofisində keçirilən növbəti görüş onunla əlamətdardır ki, sonuncu Sankt-Peterburq görüşündən bir ildən çox vaxt keçdikdən sonra prezidentlər yenidən danışıqlar masası arxasına əyləşmişlər". Bunu politoloq NəzakətMəmmədova deyib. Onun sözlərinə görə, yayılan bəyanatda əsas diqqətçəkən məqamodur ki, tərəflər danışıqları davam etdirmək iradəsində olduqlarını və təmasxəttində gərginliyin azaldılmasının zəruriliyini bəyan etmişlər. "Görüşdənsonra İsveçrədəki erməni diasporunun üzvləri qarşısında çıxış edən Sarkisyanbildirmişdir ki, əsas məsələ Dağlıq Qarabağın təhlükəsizliyidir.

Lakin onun bu fikri yeni bir məsələ deyildir və Sarkisyanın sadəcə olaraqdiasporun özünə qarşı olan nifrətini zəiflətmək cəhdlərundən başqa bir şeydeyildir. Azərbaycan onsuz da hər zaman ən yüksək səviyyədə - dövlət başçısı səviyyəsindəDağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təminatına söz verir. Buməsələ BMT-nin məlum dörd qətnaməsində və digər beynəlxalq təşkilatlarınmünaqişəyə dair bəyanatlarında daima öz əksini tapmışdır. Bu cür cəfəng bəyanatlar verməklə Ermənistanprezidenti sadəcə 2018-ci ilin mart ayınadək vaxt qazanmaq istəyir. Bildiyimizkimi həmin vaxt Ermənistanda seçkilər keçiriləcəkdir və ölkənin başına artıqprezident deyil, parlament və onun təyin etdiyi hökumət gələcəkdir. Bu ölkənin siyasi sistemindəbaş verən dəyişikliklərlə əlaqədardır. Bu konstitusiya dəyişikliklərininErmənistan ucun nə kimi nəticələr doğuracağı sual altındadır. Eyni zamanda, gələn ilin mart ayında Rusiyada da prezident seçkilərikeçirilməlidir.Rusiyadakıseçkilərin nəticələrinin heç şübhəsiz ki, onun birbaşa təsiri altında olanErmənistana da müəyyən təsirləri olacaqdır. Ermənistan rəhbərliyi göründüyükimi, danışıqlarda irəliləyişlərdə, münaqişənin həllində maraqlı deyildir. Ona sadəcə xarici siyasətdə dünya ictimaiyyətinə və ATƏT Minsk qrupununhəmsədr ölkələrinə danışıqlardan imtina etməyən, sülh tərəfdarı olan ölkə imiciyaratmaq, daxili siyasətdə isə öz əhalisinə Qarabağ məsələsində güzəştəgetməyən bir yalançı obraz yaratmaq lazımdır.

Azərbaycan isə təbii ki, danışıqlarda irəliləyiş olmasında maraqlıdır.Çünki ərazisinin işğaldan azad olunması, məcburi köçkünlərin öz yurdlarınaqayıtması dövlətin qarşısında duran başlıca məsələdir”.

N.Məmmədova onu da deyib ki, Ermənistan konstitusiya islahatları apararaqsiyasi sistemində müəyyən dəyişikliklər edib və 2018-ci ilin martında bu məsələseçkilərdə öz əksini tapacaqdır:  "İslahatlarınmövcud Sarkisyan rejiminin və ya ona yaxın qüvvələrin hakimiyyətininsaxlanılmasını təmin edəcəyi nəzərdə tutulur. Bu, Rusiyanın da maraqlarına uyğundur. Belə bir şəraitdə ölkədə çevrilişcəhdindən, "rəngli inqilab"dan qorxan, Qərbpərəst qüvvələrin hakimiyyətəgətirilməsindən ehtiyat edən indiki Ermənistan iqtidarı beynəlxalq təzyiqlərdənyaxa qurtarmaq üçün Cenevrə danışıqlarına getməyə məcbur olsa da, faktikikonstruktiv mövqe tutmamışdır. Sarkisyanın BMT BaşAssambleyasındakı bu ilki çıxışında Türkiyə ilə imzalanmış protokolları ləğvetmək bəyanatı onun əslində destrukriv mövqeyindən xəbər verir. Siyasikaryerası başa çatmaq ehtimalı olan Ermənistan prezidenti ölkə daxilində vədiasporanın yaddaşında danışıqlarda güzəştə getməyən prezident kimi qalmaq istəyir.Lakin Nalbandyanın işğal olunmuş rayonların Azərbaycana geri qaytarılması iləbağlı danışıqların aparıldığını etiraf etməsi Ermənistana güclü beynəlxalq təzyiqlərinolduğunu deməyə əsas verir. Çox güman ki, danışıqlarda dönüş 2018-ciilin mart ayında Ermənistanda keçiriləcək seçkilərin nəticəsi ilə birbaşa bağlıolacaqdır”.