adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Avqust 2018 16:44
8713
İDMAN

“Qarabağ” azarkeşlərinə müraciət edib

Bu gün Ağdamın "Qarabağ” komandası Topaz Premyer Liqasının üçüncü turunda "Azərsun Arena”da "Neftçi”ni qəbul edəcək.

Adalet.az klubun saytına istinadən xəbər verir ki, oyuna gələcək azarkeşlər avqustun 30-da UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Moldovanın "Şerif” komandası ilə keçiriləcək qarşılaşma üçün biletlərini məhz "Azərsun Arena”da ala biləcəklər.

"Azərsun Arena”nın kassasında bilet satışı saat 18:00-dan başlayacaq.

Qeyd edək ki, "Qarabağ”-"Şerif” komandalarının görüşü avqustun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.