adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Avqust 2018 13:10
33970
MƏDƏNİYYƏT

“Qara günlü” Xənəgah məscidi

Tarixiabidələrin qorunması, mühafizəsi və gələcək nəsillərə çatdırılması yönündədavamlı işlər aparılır. Aidiyyatı qurumların həyata keçirdiyi işlər nəticəsindəbir sıra tarixi abidə "yenidən doğulub”. Bütün bunlara baxmayaraq nəzər vədiqqətdən kənar qalan tarixi abidələr də var və bu abidələrin qısa zamandatəmir olunmaması onların təmamilə məhv olmasına gətirib çıxaracaq. Söhbət Qubarayon Xanəgah kənd məscidindən gedir.Sözügedən məscidin tarixinə nəzər salanda aydın görünür ki, vaxtilənəinki Quba, eyni zamanda Qubaətrafı rayon sakinlərinin iman gətirdiyi Allahınevi indi bayquş və digər heyvanların yuvasına çevrilib. Mətləbə keçməmişdən öncə məscid barəsindəqısa arayış verməyi özümüzə borc bildik.

"Burda iki yazılı kitabə var idi"

Mərhum professor İlyas Babayev ildə mətbuata verdiyimüsahibələrinin birində (2015-ci ildə )məscidləbağlı xatirələrini bölüşür: "Kəndimizin məscididir. Mənuşaq olanda istifadə edilmirdi. Amma məscid salamat idi. Yerli əhali tikib,inqilaba qədərki dövrdə tikilib. Bizim bu bölgədə, hətta balaca kəndlərdə də məscidvardı. Əlbəttə, cümə məscidi deyildi. Bu ətrafda cümə məscidi Rustovda idi. Bəzikitablar, hətta yadımdadır ki, minbər də vardı. Sonra bir ara anbaraçevirmişdilər. 19-cu əsrdə tikilib. Arzu Kəlbi: Camaat məscidə gəlib namazqılırdı? İlyas Babayev: Yox, bizim dövrümüzdə elə şeylərə icazə vermirdilər.Amma məscid, onun başqa dəsgahları var idi. Onlar mənim yadıma gəlir. İndidağılıb. Burda eyvanvari bir şey vardı. Məhəccərləri var idi. Bizim bölgədəki məscidlərinhamısında minarə mərkəzdən qalxır. Görünür, bu, xristian məbədlərinin təsiridir.(İçəri girir) Burada pilləkən var idi, yuxarı qalxırdı. Pillələrlə lap yuxarıyakimi qalxmaq olurdu. Ora dan azan verirlərmiş. Mən uşaq olanda, sovet dövrüidi, elə şeylər artıq yox idi. Bəzən bayramlarda adamlar gəlirdi. Sonradanambara çevrildi, mağazanın əşyalarını gətirib, bura qoyurdular. Pis məsciddeyildi. Burda iki yazılı kitabə var idi. Biri o tərəfdə idi (əliylə göstərir),pozulub, yaxşı oxunmur. Amma burdakı aydın oxunur, gözəl və savadlı yazılıb: Ləiləhəilləllah. Allahdan başqa Allah yoxdur. Muhəmmədun rəsulallah- Məhəmməd Allahınrəsuludur. O tərəfdə ustanın adı yazılıb, amma daşı üstünə dirədiklərindən,yazı yadımda qalmayıb. Adətən ərəbcə yazırlar – "əməl”, yaxud da farscayazırlar – "saht”. Yəni eləyib".


Müraciətlər cavabsız qalıb

Kənd sakiniXanəli Absəlimov da deyir ki, məscidXVIII əsrdə tikilib və onun binası sovet dövründə anbar kimi istifadə edilib.Onun sözlərinə görə, həmin vaxtməscidə un, buğda məhsulları və s. yığılırdı. Vaxtiləbinada minbər olub. Mənim yadımdadır ki, çoxlu kitablar, bəzi kağız sənədlər dəvar idi. Onları kimsə daşıyıb, aparıb: "Kənd camaatı bir neçə dəfə əllərindən gələn qədərməscidi təmir etməyə çalışdı. Amma bir müddət sonra o külək və yağışa tabgətirə bilmədi. Artıq məscid sıradan çıxıb və dağılıb. Məscid tarixi abidə kimiqeydə alındığı üçün kənd camaatının ona əl vurmağa səlahiyyəti yoxdur. Abidəninya təmir edilməsi, ya da yerində yeni məscidin tikilməsi lazımdır.Kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara yazılı vəşifahi müraciət ediblər. Amma heç bir tədbirgörülməyib. Mədəniyyət Nazirliyinə müraciət edilib. Əvvəl məscidin təmirediləcəyi deyilirdi, amma bu baş tutmadı”.

Ekspert Faiq İsmayılov isə bildirib ki, Quba rayonunun Xanəgah kəndində məscidin təbiiproseslər səbəbindən tamamilə uçulmaq təhlükəsi ilə qarşılaşdığından, buməscidin taleyi Xanəgah kəndinin sakinlərini və respublika ziyalılarını narahatetməyə başlayıb: 


"Abidə, 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbuledilmiş "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunu iləmühafizə olunur. Abidənin mühafizəsinin təşkilinə Azərbaycan MədəniyyətNazirliyinin müvafiq qurumları və yerli icra hakimiyyəti nümayəndələriməsuliyyət daşıyırlar”.

F.İsmayılov onu da bildirib ki, məscid unikal yəni təkrarsız tikinti quruluşunamalikdir: "Araşdırma nəticəsində məlum oldu ki abidənin tarixi, tikintiquruluşu barədə elmi mənbələrdə məlumat yoxdur. AbidəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132saylı qərarı ilə Mədəniyyət Nazirliyində yerli əhəmiyyətli abidə kimi (№4660)qeydə alınmış, inşa tarixi XIX əsrə aid olduğu göstərilir.

Abidənin inşaasında yerli qəlpəli pud daşlardan və əhəng məhlulundan ,apsirlərin quruluşunda isə bişmiş kərpicdən və adi pud daşlardan istifadəedilmişdir. Divarların quruluşu özünəməxsusluğu ilə diqqət çəkir. Divarlarınqalınlığı 60-80 sm. arasında dəyişir. Məscidin tavanın tikintisində taxtadanistifadə edilmiş, abidənin üzəri kirəmidlə örtülmüşdür. Məscidin yeganəminarəsi tavanın mərkəzi hissəsində quraşdırılmışdır.


Abidəni ümumi vəziyyəti nəzərdən keçirilərkən, əzəli formasında olmadığıgörünür. Beləki abidə keçən əsrin əvvəllərində ya yenidən qurulmuş ya da təmiredilmişdir. Çünki abidənin divarlarında başqa bir islam dövrü tikintisinəməxsus daşlar müşahidə olunur.

Abidənin daxili divarları mala ilə örtülmüş olsada, sonralar bu örtük yağışsuları vasitəsi ilə demək olar ki tamamilə yuyulmuşdur. Divarlarda naxışlar vəya digər ornamental görüntülər yoxdur.Abidənin ümumi görünüşü, butarixi memarlıq nümunəsinin təhlükəli vəziyyətdə olduğundan xəbər verir. Beləki zaman-zaman baxımsızlıq ucbaatından təbiət hadisələrinin təsiri nəticəsindəabidə yararsız hala düşərək özünün son dövrünü yaşayır.


Abidənin unikal formasını, nadir memarlıq quruluşunu, tarixi əhəmiyyətini vəəhali üçün xüsusi önəmini nəzərə alaraq, abidənin uçulmasının qarşısını almaqüçün, bərpa edilənə qədər abidə təcili koservasiya olunmalıdır. Bu barədə yerliicra strukturları, MədəniyyətNazirliyi,Azərbərpa Layihə İnstitutu qərar qəbul etməlidir.


Ədil Ədilzadə