adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Iyun 2017 14:11
8353
MƏMLƏKƏT

QAPISI AÇIQ İDARƏ OLUNAN AVTOBUSLAR

Heç kimə sirr deyilki, bəzi avtobus sürücüləri sərnişinlərin həyatını təhlükə qarşısında qoyaraq nəqliyyatvasitəsini qapısı açıq idarə edirlər. Bir də görürsən ki, hansısa avtobusun sürücüsüadam çox olduğuna görə, qapını bağlaya bilmir və o sərnişinlər də qapıdan sallaşıqgedirlər. Və bəzən də tale həmin sərnişinin üzünə gülməyəndə sallaşıb getdiyi qapısıaçıq avtobusdan yıxılır və dünyasını dəyişir.

Dəfələrlə bu cürhadisələr Bakı şəhərində sərnişindaşınma ilə məşğul olan avtobuslarda baş verib.Bir il bundan qabaq 39 nömrəli avtobusda qapı açıq olduğuna görə, bir sərnişin qadınyıxılaraq vəfat edib. Eyni ilə bir neçə aybundan əvvəl digər bir marşrutda da buna bənzər hadisə olub. Belə ki, sərnişin avtobusunqapısı açıq olduğuna görə bir nəfər yıxılaraq dünyasını dəyişib. Təbii ki, bu hadisələrzamanı avtobusun sükanı arxasında əyləşən sürücülər məsuliyyət daşıyıbılar. Yənionlar öz vəzifə borclarını yerinə yetirərkən səhlankarlıq göstəriblər və nəticədədə insan ölümü ilə tamamlanan faciə baş verib.

Düzdür, bu ölüm hadisəsinəgörə, avtobusu idarə edən sürücü mütləq cinayət məsuliyyətinə cəlb edilir. Aydındırki, bu cinayətə görə də məhkəmə həmin sürücüyə cəza təyin edir. Əlbəttə, elə olmazmıki, sürücülər diqqətli olsunlar, sərnişinlərin təhlükəsizliyini qorusunlar və bucür bədbəxt had isələr də başımıza gəlməsin. Bu hadisələrin yaranmasının əsas səbəblərindənbiri də sükan arxasında əyləşən bəzi sürücülərin qeyri-peşəkar olması və məsuliyyət hiss eləməməsidir.

Hətta bir çox haldaonun da şahidi oluruq ki, bir çox sürücülər günorta saatlarında avtobusları bu işdən xəbəri olmayan və naşı adamlara etibaredirlər. Həmin adamlara 3-4 manat pul ödəməklə bu sürücülər günorta saatlarındabir qədər dincəlir, istirahət eləyir və yorğunluqlarını çıxarırlar. Elə bədbəxthadisələr də bir çox halda bu cür naşı və təcrübəsiz sükan arxasında əyləşmiş adamlarınüzündən baş verir.

Son vaxtlar havalarınisti keçməsi ilə əlaqədar olaraq bir çox avtobus sürücüləri nəqliyyat vasitələriniqapısı açıq idarə edirlər. Hətta elə sürücülər var ki, həm ön, həm də arxa qapınıaçıq qoyurlar. Hələ ki, yayın isti günləri bir o qədər də özünü göstərməyib. Ammabəzi sürücülər artıq keçmiş vərdişlərini davam etdirərək qapıları açıq avtobuslarıidarə edirlər.

Biz belə hallarlaən çox metronun «Neftçilər» stansiyası yaxınlığından Yeni Günəşli yaşayış sahəsinəgedən 50 və 64 nömrəli marşrutlarda işləyənavtobuslarda üzləşirik. Bir neçə gün bundan əvvəl metronun «Neftçilər» stansiyasındanYeni Günəşliyə sərnişin daşıyan 50 nömrəli marşrutdakı bir avtobusun sürücüsü nəqliyyatvasitəsinin hər iki qapısını açıq qoymuşdu. Ona iradımızı bildirəndə dedi ki, dayı,istidən ürəyim partlayır. Neyləyim, məcburam ki, avtobusu qapısı açıq sürüm. Vəbir də ki, Allahın köməkliyi ilə heç bir şey olmaz.

Düzdür, çox vaxtavtobusu bu cür idarə edəndə də ola bilsin heç bir hadisə baş verməsin. Amma hərhansı bir hadisə çox yox, cəmi bir neçə saniyənin ərzində yaranır. Onda da adam peşman olur, artıq bunun heç bir faydasıolmur.

Bizbu faktları bir daha Bakı Nəqliyyat Agentliyinin və eləcə də Bakı Şəhər Dövlət YolPolisi İdarəsinin nəzərinə çatdırırıq. Çünki biz bir neçə marşrutda və avtobusdamüşahidə etdiyimiz faktları xatırladırıq. Hələ ki, gec deyil. Yəni bu marşrutların sahiblərinə, eləcə də onu idarəedən sürücülərə hər halda adını yuxarıda çəkdiyimiz qurumlar xəbərdarlıq etsə mövcudtəhlükəni aradan qaldırmaq mümkün olar. Fikirləşsək ki, bir neçə gündən sonra havalardaha isti keçəcək və onda daha çox avtobus sürücüləri onu qapısı açıq idarə edəcək.Bax, onda təhlükənin nə qədər böyük olduğunu təsəvvür etmək bir o qədər də çətindeyil.

Çətinodur ki, kondisioner sistemi olmayan avtobuslarda kondisioner quraşdırılmalıdırvə bu zaman da sürücülər avtobusu qapısı açıq idarə etməzlər. Məsələnin bir tərəfidə onunla bağlıdır ki, bu cür qabaqlayıcı tədbirlər həyata keçirilməsə, qapısı açıqavtobuslardan hər hansı sərnişinin yıxılıb xəsarət almamasına və dünyasını dəyişməməsinə heç kim zəmanət verə bilməz. Ona görə də hər biravtobus şirkətinin rəhbərləri bu barədə ciddi düşünməli və çıxış yolları axtarmalıdılar.Çünki sonrakı peşmançılıqheç vaxt fayda vermir.


Faiq QİSMƏTOĞLU