“Qapılara papaq atmaq kimi bir adət-ənənə olmayıb...”
“O vaxt evlərin forması indiki evlərin formasından fərqli idi. Hər evin yuxarı hissəsində bir bacası olurdu. Həmin bacadan evdəki tüstünün və yemək qoxusunun çəkilməsi üçün istifadə edirdilər. Bayram günlərində də gənc oğlanlar əvvəlcədən hazırladıqları xurcunlara kəndir bağlayaraq onu bacadan evə salırdılar və bayram payı istəyirdilər”
Bunu Adalet.az-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev deyib. Ə.Vəliyev son zamanlar müzakirələrə səbəb olan məsələyə aydınlıq gətirib:
“Buna görə də keçmişdə bu adət şal və xurcun sallamaq şəklində olub. Hətta bu gün də Naxçıvanın bir çox yerlərində həmin o bayram paylı almaq ənənəsinə baca-baca da deyirlər.
Qapılara papaq atmaq kimi bir adət-ənənə olmayıb. Biz bunu “Dəli Kür” filmində də görmüşük. Orda İlaxır çərşənbə canlandırılır. Bacadan xurcun sallayırlar və zarafat üçün xurcunun içinə pişik qoyurlar. Bir də şair Məmmədhüseyn Şəhriyarın “Heydər babaya salam!” poemasında bir yer var yazır ki,
“Şal istədi mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım.
Qulamgilə gedib şalı salladım,
Fatma nənəm mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Biz burda da görürük ki, evlərə bayramlarda papaq yox, şal atılıb. Yəni bir çox əlavələr olduğu kimi papaq da bu ənənəyə əlavə edilib. Biz araşdırmalarımız zamanı keçmişdə çərşənbə bayramında evlərə papaq atılmasına rast gəlmirik”.
Vasif Əlihüseyn
Digər Xəbərlər
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14


Bakı -°C

