Qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlandı

Oğuzda ətraf mühitin mühafizəsi istiqamətində profilaktik tədbir keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, tədbirlər zamanı rayonun Xaçmaz kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.
Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan şəxslər barəsində toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilib.
Həmçinin, profilaktik tədbirlər çərçivəsində rayon ərazisində məişət tullantılarını tutumlardan kənar yerlərə atan 6 şəxs barəsində də polis əməkdaşları tərəfindən inzibati protokol tərtib edilib.
Digər Xəbərlər

Gədəbəydə dağlıq ərazidə yanğın - VİDEO

Erkən nikahın qarşısı alındı - Valideynlər cərimələndi - YENİLƏNİB

Dilindən arı sancan kişi öldü

Zorakılığa məruz qalmış uşaq səhiyyə müəssisəsinə yerləşdirildi

Bakıda binada yanğın: 12 nəfər təxliyə edilib - VİDEO

Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanıldı

İki ay öncə yanıq xəsarətləri alan kişi xəstəxanada öldü
