Dövlət qurumlarının domenlərinə bənzədilmiş 2 saxta domen aşkarlanaraq bloklandı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət informasiya ehtiyatlarının kibertəhdidlərdən mütəmadi və kompleks şəkildə qorunması istiqamətində fəaliyyət ardıcıl olaraq davam etdirilir.
Dövlət Xidmətindən Adalet.az-a verilən məlumata görə, cari ilin avqust ayı ərzində XRİTDX tərəfindən aparılan monitorinq və analizlər nəticəsində 39 kiberhücum indikatoru müəyyən edilib.
Bildirilib ki, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumların qarşısı alınıb.
Avqust ayı ərzində XRİTDX tərəfindən görülmüş tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsi üzrə 31,759,074 zərərli keçid, "Sandbox" mühafizə sistemi vasitəsilə 8,408 zərərverici tərkibli elektron sənəd, həmçinin dövlət qurumlarının son istifadəçilərinin qoşulduğu mərkəzləşdirilmiş təhlükəsizlik həlli üzrə 2,850,500zərərli fəaliyyət bloklanıb.
Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə avqust ayı ərzində dövlət qurumlarının domenlərinə bənzədilmiş 2 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.
Qeyd edilib ki, XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin etmək istiqamətində işləri davam etdirir.
Digər Xəbərlər

Mehriban Əliyeva Çindəki paraddan paylaşım etdi

Prezidentlə xanımının paraddan maraqlı - FOTOLARI

Leysan olacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

İctimai nəqliyyatda güzəştlər tətbiq oluna bilər? - VİDEO

Deputat bu yoldakı tıxacdan YAZDI:Daha ağır vəziyyətlə üz-üzə qalacağıq

Xanyurdu sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
