Qanunsuz torpaq satan bələdiyyə sədri həbs olundu
Qusar rayonunda baş vermiş ekoloji hüquqpozmalarla bağlı vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Qusar rayonunda ekoloji hüquqpozmaların törədilməsi və digər qanun pozuntuları üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluqda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.
İstintaqla Qusar bələdiyyəsinin sədri İbrahimov Əlfəddin Qeysəddin oğlunun vəzifə səlahiyyətlərini aşmaqla torpaq sahələrini qanunsuz olaraq satmasına, bilə-bilə qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əlfəddin İbrahimov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessaul rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə tam və hərtərəfli istintaq aparılmaqla təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması, eləcə də ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.
Digər Xəbərlər
13 Mart 2026 10:44
Azərbaycanda vəkillərin sayı açıqlandı
11 Mart 2026 17:05
Azər Qasımlıya hökm oxundu
06 Mart 2026 10:17
1 vəkil kollegiyadan xaric edildi - 3-ü cərimələndi
05 Mart 2026 15:55
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
05 Mart 2026 11:09
Qənimət Zayidovla bağlı qərar verildi
04 Mart 2026 18:34
Ramil Mənsimov Azərbaycana gətirildi
03 Mart 2026 13:15
Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi
03 Mart 2026 12:06


Bakı -°C

