adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Iyun 2017 16:36
3453
GÜNDƏM

Qanuna dəyişiklik təsdiq edildi

Azərbaycan prezidenti İlham Əliyev "Telekommunikasiya haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

Qanunun 40-cı (Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər) maddəsinə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulması barədə bənd əlavə edilib.

Digər əlavə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması ilə bağlıdır.