adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Mart 2019 17:30
12009
ƏDƏBİYYAT

Qan yaddaşı

Hər cür dəhşətlər görüb bu qoca dünya, özünün yaşıqədər haqsızlıqlara şahid olub.

Hər şeyin zirvəsini görüb bu qoca dünya –insanlığın da, barbarlığın da ...

1918-ci ilinmart soyqırımı o günə qədərki dəhşətlərin vəhşəti-zirvəsi kimi yazılıbtarixin qan yaddaşına.

O gün yer-göy qan ağlayırdı. Dünya belə qanlı gün görməmişdi. Nə idi buxalqın günahı? Niyə bu qoca dünya üzçevirmişdi bizlərdən?

Düşünürəm ki, bəlkə insanlığa xas olan ənyüksək, ən ali hisslərə sahib olmağımız idi günahımız...

Bu ülvi hisslər düz 70 il sonra başımızabu oyunları yenidən açacaqdı, tarixyenidən təkrar olunacaqdı. Bu qoca dünyada biz o günləri yenidənyaşayacaqdıq. Hələ o günə 70 il vardı...

... İnsan həmişə ucalığa, aliliyə canatır. Bu, İlahi tərəfindən verilmiş hüquqdur.

Bəs vəhşətin zirvəsinə ucalmaq necə?

Yeri, yurdu olmayan, kökü bu günə kimiaraşdırılıb üzə çıxarılmayan, süfrəmizin çörəyi ilə, torpağımızın bərəkəti,suyu ilə böyüyən "gor qonşularımızı” biz niyə tanımadıq? Fil qulağındamı yatmışdıq?

Yox! Onların bu riyakarlığını ağlımızabelə yaxın gətirməzdik. Çünki bizim damarlarımızda axan qan Sara xatununqanıdır, Xətai babamızın qanıdır. Bu qan bizə insanlığı öyrədib.

... İnsanlıq və vəhşət.

Hər ikisi Allahın yaratdığı varlığın qəlbindədir.Bu da həyatın cavabı, tapılmayan suallarından biri deyilmi?

... Qoca dünya bütün bunlartı gör-görəbərkiyib, ancaq bu suala cavab tapa bilmir.

... O gün ulu tarixə malik olan xalqımızınah-naləsi ərşə qalxmışdı. Şaumyanlar, androniklər, əmiryanlar at çapırdılartorpaqlarımızda. İnsan qanı sel əvəzi axırdı. Qoca bilmirdilər, qadıntanımırdılar, uşaq saya almırdılar –dünya buna necə dözürdü, İlahi?

O gün– martın 30-dan 31-ə keçən gecə bolşevik-daşnak birliyi Bakıda nələretmədi?

Xalqımızın böyük oğlu NərimanNərminaov sonralar yazacaqdı: "Müsəlman – hətta boşevik olsaydıbelə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşeviktanımırıq, təkcə müsəlman olmağı kifayətdir”.

Sözə, ifadəyə diqqə kəsilin.

Günahımız müsəlman olmağımızmış, bəlkə...

Allah sənə rəhmət eləsin "Biçarə vətən”deyən ulu ustad Mirzə Cəlil!

...Bünövrəsi Bakıda qoyulan qırğınlar hələsentyabrn ortalarınadək çəkəçəkdi. Hələ qarşıda Quba vardı, Kürdəmir vardı,Salyan, Lənkəran, Şamaxı vardı hələ...

...Tükürpədən faktlar bağır çatladır: 42min soydaşımız öldürülüb. 144 kənd dağıdılıb. "Kaspi” mətbəəsi, "Açıq söz”qəzeti redaksiyası, "İsmailliyə” binası yandırılıb. "Təzə Pir məscidi”top-tüfəng atəşinə məruz qalıb.

...Tarix dil açıb danışır:

"Mən erməni xalqının qəhrəmanı vəmüdafiəçisiyəm. Mən buraya qayda yaratmaq və sovet hakimiyyəti qurmağagəlməmişəm... Mənə Xəzər dənizindənŞahdağınadək olan ərazilərdə bütün müsəlmanları məhv etmək əmriverilmişdir”. Bu sözlər daşnak dəstəsinin komandiri Hamazaspa məxsusdur.

Baxın dəhşətin fitrətinə!

Baxın "zavallı xalqın” sərkərdəsinin öz içüzlərini açıb tökən sözlərinə.

Baxın onların böyük bolşevik qardaşları iləbirlikdə yeritdikləri antiazərbaycan siyasətinə.

Yadıma ermənilərin dənizdən-dənizə "böyükErmənistan” yaratmaq xülyası düşür...

Bu da minilliklərin sınağından çıxmışatalar sözüdür: "Yaxşı ki, Allah dəvəyə qanad verməyib”...

...Biz böyük olmuşuq. Bu gün dəböyüklüyümüzü saxlayırıq. Sabah da böyük olaraq qalacağıq. Çünki bizimqanımızla gəlib bu böyüklük.

Bugünün ümidi:

Tariximizin bütün ağrılarını, əzablarınıqəlbində gəzdirən möhtərəm PrezidentimizHeydər Əliyev 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 MartıAzərbaycanlıların soyqırımı günü kimi elan edib.

Bu, xalqın soyuna, kökünə, özünəqayıdışıdır. Bu, özünə, gələcəyə, inamdır. Bu inam doğruldacaq özünü. Bu inamyaşadır Odlar yurdunu. Bunun ifadəsidirki, ötən illər ərzində ölkəmizdə bu istiqamətdə xeyli iş görülüb. DoğmaAzərbaycanımızın haqq səsini dünyaya çatdırmaq, 1988-ci ildə yenidənermənilərin əsassız torpaq iddiaları ucbatından yaradılan Ermənistan –Azərbaycan – Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırmaq, düşmən tapdağı altındaolan torpaqlarımızın sülh yolu ilə geri alınaraq ərazi bütövlüyümüzü təminetmək, bunun üçün aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirməkkimi məsələlər prioritet vəzifə kimi diqqətdə saxlanılıb.

Bütün bunları nankor ermənilər də görür,ölkəmizin iqtisadi və hərbi qüdrətinin getdikcə güclənməsi, Azərbaycanın dünyasiyasi arenasında söz sahibi olmasından, böyük iqtisadi səmərə verən qloballayihələrə qoşulmasından, Ermənistanın isə bu layihələrdən kənarda qalması ilərazılaşmaqdan başqa çarəsi olmamasını yaxşı dərk edir.

Ermənistan onu da görür ki, bu günAzərbaycanın güclü ordusu var. Cənubi Qafqaz regionunda söz sahibi, qüvvəsahibi olan bu ordu Ali Baş Komandanın əmri ilə qısa bir vaxtda torpaqlarımızıazad etmək qüdrətinə malikdir. Elə 2016-ci ilin aprel döyüşləri bunu bir dahagöstərdi. Ermənistan Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun 2017-ci ildəkeçirilən möhtəşəm paradından da xəbərsiz deyil.

Və nəhayət Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamı bu xalqınmübarizliyinin, öz hüquqlarını qorumaq əzminin günü-gündən yüksəldiyinin, həran düşməndən qisas almağa hazır olduğunun, haqq işimizin qalib gələcəyinin ifadəsikimi böyük ictimai-siyasi əhəmiyyət daşıyır.

Haqqişimizin qalib gələcəyi gün isə uzaqda deyil!

Muxtar MƏMMƏDOĞLU,

"Şərq qapısı”qəzetinin məsul katibi,

Naxçıvan