Qambiya Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
Qambiya Respublikasının Prezidenti Adama Barrou Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda qeyd olunub:
"Ölkənizin Müstəqillik Günü münasibətilə Qambiya Respublikası Hökuməti və xalqı adından Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.
Qambiya Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmətə, ortaq dəyərlərə və beynəlxalq əməkdaşlığın, inkişafın təşviqi ilə bağlı birgə səylərə əsaslanan uzunmüddətli dostluq münasibətləri inkişaf etmişdir.
Qəti şəkildə əminəm ki, müdrik rəhbərliyinizlə ölkələrimiz və xalqlarımız arasında təhsil, gənclərin inkişafı və bu sahələrdə potensialın artırılması istiqamətlərində əməkdaşlıq qarşılıqlı fayda naminə dərinləşməkdə davam edəcək.
Fürsətdən istifadə edərək ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində Sizinlə işləməyə hazır olduğumu bir daha təsdiq edirəm.
Bu əlamətdar bayram münasibətilə Sizə və Azərbaycan xalqına rifah arzulayıram".
Digər Xəbərlər
11 Iyun 2026 18:43
Hüseyn əl-Şeyx Mehriban Əliyevanı təbrik etdi
11 Iyun 2026 18:29
Bruney-Darüssalamın Sultanı İlham Əliyevi təbrik edib
11 Iyun 2026 14:45
Prezident Administrasiyasında Qüdrət Həsənquliyev ilə görüş keçirilib
11 Iyun 2026 13:10
Azərbaycanı kimlər İran cəhənnəminə itələyir?
11 Iyun 2026 10:10
“Ermənistanla Yekun sülh müqaviləsi olmadan siyasi əlaqələr mümkün ola bilər”
11 Iyun 2026 09:45
Zakir Həsənov Pakistana başsağlığı verdi
10 Iyun 2026 19:56
Prezidentdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı FƏRMAN
10 Iyun 2026 19:42


Bakı -°C

