adalet.az header logo
  • Bakı -°C
11 Iyun 2026 18:29
72
SİYASƏT
A- A+

Bruney-Darüssalamın Sultanı İlham Əliyevi təbrik edib

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Adalet.az xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Bruney-Darüssəlam ilə Azərbaycan Respublikası arasında otuz ildən artıqdır mövcud olan səmimi dostluq münasibətlərini çox yüksək qiymətləndirirəm. Ölkələrimizin bu mühüm əlaqələrinin həm ikitərəfli əsasda, həm də beynəlxalq səviyyədə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində daha da inkişaf edəcəyinə ümidvaram.

Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah nəsib etsin.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".